!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın müsəlmanlarla bağlı fərmanı təxirə salındı

!Reklam – Yazi

Nyu-York federal məhkəməsi 7 müsəlman ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan edən Prezident fərmanının icrasını müvəqqəti təxirə salıb.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, məhkəmə aeroportlarda saxlanılan şəxslərin öz ölkələrinə göndərilməməsinə qərar verib.

Federal məhkəmənin hakimi Ann Donnelly fərmanın icrasının qarşısı alına bilməyəcək zərərə səbəb olacağını əsas gətirərək, birləşmiş ştatlara girişlərinə məhdudiyyət qoyulan müsəlman ölkələrin vətəndaşlarının müvəqqəti olaraq ABŞ-da qalması ilə bağlı qərar imzalayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İraq, İran, Suriya, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının ölkəyə girişini qadağan edən fərmanı imzalamasından sonra Nyu-Yorkda Con F.Kennedi Aeroportunda iki İraq vətəndaşı saxlanılmışdı.

Amerika Mülki Azadlıqlar Birliyinin vəkilləri saxlanılan İraq vətəndaşlarının sərbəst buraxılması, Trampın qaçqınların və bəzi müsəlman ölkələrin vətəndaşlarının birləşmiş ştatlara girişini məhdudlaşdıran qərarının dayandırılması üçün iddia qaldırmışdı.
Yenicag.az

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv