www.sinerjipro.net

SinerjiProWide
Reklam

Qüdsün İsrailin paytaxtı kimi tanınmasına istiqamətlənmiş hazırlıq İranla ərəb dövlətlərini yaxınlaşdıracaq addım kimi qiymətləndirilir.

Yenicag.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını bəyan etməsi Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirib.

Qeyd edək ki, bu barədə qərarını yaxın günlərdə açıqlayacağını bildirən Tramp belə bir addım atmaqla, özünün seçki kampaniyasında dilə gətirdiyi vədini yerinə yetirmiş olacaq. Əgər Tramp öz vədinə sadiq qalsa, o zaman ABŞ-ın İsraildəki səfirliyi Təl-Əvivdən Qüdsə köçürüləcək.

Bununla belə, Trampın haqqında danışılan anonsu regiondakı ərəb ölkələri ilə İranın narahatlığına və kəskin etirazına səbəb olub. Onlar Qüdsün İsrailin paytaxtı kimi tanınacağı təqdirdə, regionda vəziyyətin son dərəcə kəskinləşəcəyi barədə xəbərdarlıq da ediblər.

Bu məsələ ətrafında hadisələrin mümkün inkişafını Yenicag.az-a dəyərləndirən siyasi icmalçı Vüqar Zifəroğlu bildirib ki, Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaqla, ABŞ-ı çətin vəziyyətə sala bilər:

“Trampın Qüds şəhəri haqqında hansı qərar verəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Amma onu bilirəm ki, Tramp Qüdsü İsrailin paytaxtı kimi tanısa, bu addım Fələstin-İsrail münasibətlərində yeni gərginliklərə səbəb ola bilər.

Fikrimcə, Qüdsün tam mənası ilə İsrailin paytaxtı elan edilməsi və Vaşinqtonun da onu dəstəkləməsi Yaxın Şərqdə mövcud olan gərginliyi daha da artıracaq. Bu səbəbdən də ABŞ-ın sözügedən məsələdə adekvat və loyal davranması daha yaxşı olardı, nəinki mövcud münaqişəni daha da alovlandırmaq.

Düşünürəm ki, Trampın bu kontekstdə Qüdsün ancaq yəhudilər yaşayan hissəsini İsrailin paytaxtı kimi tanıması daha loyal addım ola bilər, nəinki şəhəri bütünlüklə bu ölkənin inzibati-siyasi mərkəzi kimi qəbul etmək. Qüdsü tamamilə İsrailin mərkəzi kimi tanımaqla, ABŞ özü də bilmədəm ərəblərlə İranın yaxınlaşmasına təkan vermiş olacaq.

Düzdür, Fələstin məsələsində ərəb ölkələri ilə Tehran arasında müəyyən fikir ayrılığı var. Amma Qüds məsələsi onları heç olmasa, bu məsələdə həmrəyliyə sövq edə bilər. Fələstin Azadlıq Təşkilatı (FAT) ilə HƏMAS-ın münasibətlərinə də nəzər yetirsək görərik ki, həmin münasibətlər o qədər də ciddi qarşıdurma səviyyəsində deyil.

Bu mənada hesab edirəm ki, Vaşinqton Qüdsü tam miqyasda İsrailin paytaxtı olaraq tanımaqla öz vəziyyətini pisləşdirməklə yanaşı, ərəb ölkələri illə münasibətlərində ciddi problemlərlə üzləşəcək”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1017
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."