!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın türk müşaviri: “Güləni qoruyan “qalxan” götürülüb”

!Reklam – Yazi

ABŞ prezidenti Donald Trampın türk müşaviri Sal Sayqın Şimşək Ağ Evin FETÖ lideri Fətullah Gülən və PKK-nın Suriya qolu PYD-yə münasibətinin dəyişəcəyini deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Sal Sayqın Şimşək Trampın prezident seçilməsindən sonra FETÖ liderini qoruyan “qalxan”ın götürüldüyünü və PYD-yə göstərilən dəstəyin dayandırılacağını bildirib. Şimşək onu da əlavə edib ki, Türkiyə ilə ABŞ arasında münasibətlərin əvvəlki səviyyəyə qaldırılması üçün addımlar atılmalıdır:

“PYD-yə dəstəyin davam etdiriləcəyini düşünmürəm. Bu, həm də Türkiyə hakimiyyətinin mövqeyindən asılı olan bir məsələdir. Məncə, ABŞ-la tərəfdaşlığın əvvəlki səviyyəyə qaytarılmasına ehtiyac var. Trampın hakimiyyət komandası çox ciddi və sərt insanlardan formalaşdırılır. Bu insanlarla həqiqətən, dürüst, “açıq kartlar”la siyasət aparmaq lazımdır”.

Şimşək Türkiyənin ABŞ və Avropa üçün mühüm əhəmiyyət daşıdığını bu fikirlərlə ifadə edib:
“Türkiyənin Yaxın Şərqdə dünyəvi, demokratik bir ölkə olduğu nəzərə alınmalıdır. ABŞ Türkiyəni itirərsə, o zaman terror Avropanı və bütünlükdə Qərb sivilizasiyasını təhdid edər”.

Trampın türk müşaviri ABŞ prezidentinin FETÖ lideri ilə bağlı tutacağı mövqe haqqında da danışıb:

“Məncə, Tramp Türkiyənin bu həssaslığını nəzərə alacaq. Çünki o, radikal terrorun istənilən formada təzahür etməsinin əleyhinədir. Fətullah Gülənin də missiyası məlumdur. Gülənin Türkiyəyə təhvil verilməsi məsələsində aparılan hüquqi prosedurlara hörmətlə yanaşmaq lazımdır. Ancaq deyə bilərəm ki, Trampın prezident seçilməsi ilə Güləni qoruyan “qalxan” artıq götürülüb.

Mən Trampa bunları dedim:

“Biz dünyəvi türklər Güləni bir cihadçı kimi görürük. Böyük bir dini cərəyanı idarə edir”.

Yeniçağ.Az

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv