!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tranzit yükdaşımaları: Azərbaycan nə qazanacaq? – Fikrət Yusifov şərh etdi

!Reklam – Yazi

скачанные файлы (2)Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə etməklə beynəlxalq yüklərin ölkəmizin ərazisindən daşınmasına maksimum əlverişli şəraitin yaradılması ölkə iqtisadiyyatının şaxələndirilməsinin mühüm istiqamətlərindən biridir. Bu gün Azərbaycan regionun iqtisadi cəhətdən ən qüdrətli dövlətidir və eyni zamanda, özünün siyasi müstəvidəki çəkisini də bu faktora uyğunlaşıdıra bilib. Real mənzərə budur ki, regionda hər hansı transmilli layihənin reallaşdırılması Azərbaycanın iştirakı olmadan mümkün deyil. Tarix boyu şimalla cənubu, şərqlə qərbi birləşdirən ən səmərəli ticarət yollarının keçdiyi bu məkanın imkanlarını genişləndirmək üçün hazırda çox münbit bir şərait yaranıb və görünən odur ki, dövlət bu imkanlardan maksimim yararlanmaq əzmindədir. Müşahidələr göstərir ki, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin müasir tələblərə cavab verə biləcək səviyyədə qurulması, nəqliyyat vasitələrinin yenilənməsi və infrastrukturun ən yüksək standartlara uyğunlaşdırılması kimi işlər dövlətin iqtisadi siyasətinin mühüm bir istiqamətinə çevrilib. Buna misal olaraq son illər ərzində yeni bərələrin, tankerlərin, yük gəmiləri və təyyarələrin alınmasını, eləcə də bir neçə beynəlxalq aeroportun tikildiyini, dəmir və avtomobil yollarının inkişafı ilə bağlı ciddi addımlar atıldığını, Xəzər hövzəsində ən böyük ticarət limanı – Beynəlxalq Dəniz Ticarəti Limanının inşa olunduğunu göstərmək olar. Ölkədə beynəlxalq yükdaşımalar üçün nəqliyyat infrastrukturunun ən yüksək standartlara cavab verə biləcək səviyyədə qurulması bu sahədəki işlərin həmin səviyyəyə uyğun koordinasiya edilməsini də zəruri edir. Elə bütün bunları nəzərə alan ölkə Prezidenti Nazirlər Kabinetinin doqquz ayın yekunlarına həsr olunan müşavirəsindəki çıxışı zaman belə demişdi: “Ancaq bununla bərabər, burada koordinasiya işləri aparılmalıdır. Ona görə ki, Şimal-Cənub dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək”.

Açıq demək lazımdır ki, beynəlxalq yükdaşımaların ölkə ərazisində lazımi səviyyədə koordinasiya edilməməsi bu sahədə bir sıra problemlərin yaranmasına gətirib çıxarmışdı. Müasir dövrdə hər bir fəaliyyət növünün ətrafında rəqabət pik səviyyəyə çatıb və odur ki, tranzit yükdaşımaları sahəsində bütün məsələləri təkcə əlverişli coğrafi mövqeyimizin öhdəsinə buraxmaq olmaz. Bu, sonda milyon tonlarla ölçülən yüklərin bizim ərazimizdən yayınaraq başqa ərazilər vasitəsilə daşınmasına gətirib çıxara bilər. Burada bir məsələni unutmaq olmaz ki, ərazi baxımından yükdaşımanın sərfəli olması hələ hər şey demək deyil. Nəzərə almaq lazımdr ki, hər bir yük sahibi bu amilə üstünlük verməklə yanaşı, yüklərin iqtisadi cəhətdən daha sərfəli şərtlərlə daşınmasında da maraqlıdır. Bu sahədə yaranmış vəziyyətə çox tənqidi bir münasibət sərgiləyən Prezident Nazirlər Kabinetinin son toplantısında bununla bağlı öz narahatlığını belə ifadə etdi: “İndi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır. Bu məsələ ciddi təhlil edilməlidir və burada vahid tarif siyasəti aparılmalıdır”. Ölkə başçısının yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı zəruri addımları özünü çox gözlətmədi. Oktyabr ayının 21-də Prezident “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Fərman imzaladı. Hesab edirik ki, bu fərman sözügedən sahədə mühüm dəyişikliklərə – yükdaşımaların keyfiyyətinin yüksəldilməsinə, yüklərin çatdırılma müddətinin və nəqliyyat xərclərinin optimallaşdırılmasına və nəticə etibarı ilə tranzit yukdaşımalarından ölkəmizin əldə etdiyi gəlirlərin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olacaq. Bir qədər də konkretləşdirsək, deyə bilərik ki, ölkə ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyəti və səmərəliliyi artdıqca, həmin dəhlizlərə böyük həcmlərdə tranzit yük axınlarını müşahidə edəcəyik. Şübhəsiz ki, bütün bu işlər də əsas hədəf olaraq Azərbaycanın dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi mövqelərini daha da möhkəmləndirəcək. Bu baxımdan, Prezidentin imzaladığı Fərmanın əhəmiyyəti çox böyükdür.

Sonda xüsusi olaraq onu da qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması bu sahədəki pərakəndəliyi və bu pərakəndəliyin nəticəsində yaranan bütün neqativ halları aradan qaldıracaq.

Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,

iqtisad elmləri doktoru, professor

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv