!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TRT-1 Azərbaycanda fəaliyyətini bərpa edir

!Reklam – Yazi

Ötən il analoq yayımdan rəqəmsal yayıma keçidlə əlaqədar olaraq Türkiyənin TRT-1 telekanalının ölkə üzrə yayımı dayandırıldı. Buna səbəb kimi iki ölkə arasında bağlanan müqavilənin ancaq analoq yayımına aidiyyatı olması və tərəflər arasında yeni müqavilənin bağlanmasına ehtiyac olduğu göstərildi. Xeyli müddət keçməsinə baxmayaraq, nə müqavilənin bağlanmasından, nə də TRT-1 telekanalının yayımından bir xəbər yoxdur.

Məsələ ilə bağlı Yeniçağ.az-a Milli Teleradio Şurasından bildirilib ki, TRT-1 telekanalının Azərbaycanda yayımının bərpa olunması üçün mövcud vəziyyətə aydınlıq gətirilib: “MTRŞ olaraq bəyan edirik ki, bu telekanalın ölkədə yayımlanması üçün yeni müqavilə imzalanmalıdır. Bu məsələ də Türkiyə tərəfindən asılıdır”.

TRT-1 Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslan bildirib ki, telekanalın təkrarən Azərbaycanda yayımı üçün lazımi işlər görülməkdədir: “Yanvar ayında TRT-1-in Azərbaycan üzrə yayımı bərpa ediləcək. Yayım üçün iki ölkə arasında yeni müqavilə imzalanacaq. Bu müqavilə imzalandıqdan dərhal sonra telekanalın yayımı bərpa ediləcək”.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv