HighTechnic

hightechnic
Ads by Google

13139334_251781765169956_2865178798839902724_nTürkiyə Radio Televiziya Qurumu (TRT) — Türkiyənin ictimai televiziyası  1 may 1964-cü ildə qəbul edilmiş qanuna əsasən yaradılmışdır. Yenicag.az xəbər verir ki, 1990-cı illərin əvvəllərində ilk özəl televiziya və radio kanalı yayına başlayana qədər Türkiyədə yeganə radio-televiziya telradiokanal olmuşdur.

Hazırda TRT 10 müxtəlif televiziya kanalı ilə 24 saat yayımlanır. Radio yayımı 12 radio kanalı vasitəsilə həyata keçirilir və 31 dildə bütün dünyaya yayılır.

TRT Türkiyədə mövcud olan televiziya kanalları arasında ən çox xəbərlər və xəbər proqramları yayımlayan televiziyadır. TRT-də orta hesabla gündəlik 11 saat xəbər və xəbər proqramları yayımlanır. Bundan başqa kanal istehsal etdiyi teleseriallar, bədii və sənədli filmləri ilə dünyada bu sahədə ixtisaslaşmış ən məşhur televiziya kanalları arasında yer alır.

Yenicag.az olaraq, başda TRT-nin baş direktoru Şenol Göka olmaqla, bütün dostlarımızı təbrik edirik!

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 97
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."