!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TRT AVAZ 8 yaşını Bakıda qeyd etdi - Novruz Qala 2017 - Video-Foto

!Reklam – Yazi

TRT AVAZ kanalının 8-ci ildönümü və Novruz bayramı münasibətilə təşkil edilən Qala konsert proqramı Bakıda yaşanan bayram  coşğusunu dünyaya çatdırıb.

Heydər Əliyev Mərkəzində təşkil olunan “Novruz Qala 2017” adlı konsert proqramı 26 ölkə və 15 muxtar respublikaya canlı olaraq yayımlanıb. Konserti 300 milyon tamaşaçı izləyib.

Gecəyə Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoralla yanaşı Türkiyə və Azərbaycandan olan rəsmi şəxslər qatılıb. Konsertdə Türkiyənin tanınmış sənətçisi Emrə Aydın, xalq artisti Alim Qasımov, əməkdar artist Azərin, Natiq Ritm qrupu çıxış edib.
Konsertin rejissoru bəstəkar Gövhər Həsənzadə, aparıcıları isə Nanə Ağamalıyeva, Hakan Urqançı olub.

Qeyd edək ki, tədbirə əsas dəstək olanlar arasında Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfirliyi, TİKA, Yunus Əmrə İnstitutu, ATİB, “Büyükfırat” Group, TEKFEN və başqaları olub.

Xəbəri hazırladı: Cəvahir Səlimqızı

Foto-Video: Aydın Cavadlı

Yeniçağ.az

www.yenicag.az

1104
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv