yenicag.az
yenicag.az

TRT-nin Azərbaycan sevgisi və ya Antalyada Azərbaycan həftəsi

TRT-nin Azərbaycan sevgisi və ya Antalyada Azərbaycan həftəsi

Müəllif: Redaktor

Editor

12431209_10208161846715054_1260853952_nTRT-ni Türkiyə Azərbaycan qardaşlığının döyünən nöqtəsi adlandırsaq daha doğru olar.

Bunu dəfələrlə görmüşük. Ötən həftə TRT-nin Antalyada təşkil etdiyi III Beynəlxalq təhsil proqramı isə bu qardaşlıq münasibətlərinin ən pik nöqtəsinə çatdı.

TRT-nin baş direktoru cənab Şenol Göka başda olmaqla qurumun bütün əməkdaşlarə ölkəmizdən olan media nümayəndələrinə qarşı xüsusi diqqət göstərir, öz sevgi və qayğıkeşliyini üzərimizdən əsirgəmirdilər. 48 ölkədən Antalyaya təşrif buyuran 115 media mənsubu TRT-nin əməkdaşları tərəfindən təşkil olunmuş seminarlarda iştirak etdi, əməkdaşlıqların gücləndirilməsi istiqamətində planlar qurdu. Seminar çərçivəsində ölkəmizin inkişaf etmiş media sektorunun bəzi istiqmaətləri barəsində xarici ölkənin media üzvlərinə məlumatlar verildi və ikili standartdan çıxış edən bəzi ölkələrin KİV-ləri pislənilildi. Seminarlarda aktiv iştirak edən Azərbaycan nümayəndə heyəti Xocalı soyqrımının bir çox ölkənin KİV-lərində işıqlandırılmadığını, yeni nəsil texnologiyada da problemlərin yaşandığı kimi bəzi önəmli məsələləri seminar iştirakçılarının diqqətinə çatdırdı. Açılış mərasimindən başlayaraq sonadək media mənsubları ilə təkbətək görüşən TRT-nin baş direktoru Şenol Goka Antalya şǝhǝrindǝ davam edǝn “Beynǝlxalq 3-cü Media Proqramı”nda sertifikatlar iştirakçılara tǝqdim edib. Proqramda iştirak edǝn jurnalistlǝr başda Şenol Göka olmaqla bütün TRT əməkdaşlarına təşəkkür edərək TRT-nin ev sahibliyindǝn vǝ qarşılıqlı olaraq tǝcrübǝlǝrin bölüşülmǝsindǝn mǝmnuniyyǝtlǝrini dǝ dilǝ gǝtirib. TRT-nin Baş direktoru Şenol Göka da proqrama qatılan jurnalistlǝrin Türkiyǝnin könüllü elçilǝri olduğunu deyib. Mǝrasimdǝn sonra Balkan ölkǝlǝrindǝn gǝlǝn jurnalistlǝr Şenol Göka ilǝ xüsusi yığıncaq tǝşkil edib. Yığıncaqda Balkan ölkǝlǝrinǝ istiqamǝtli yayımların artırılması vǝ gǝlǝcǝkdǝ hǝyata keçirilǝ bilǝcǝk yeni layihǝlǝr barǝdǝ fikir mübadilǝsi aparalıb.

Nümayəndə heyətinə daxil olan “Lider” Telekanalının Xəbər Departamentinin direktor müavini Günel Gözəlova, “ATV XƏBƏR”in redaktoru Aygün Nurəddinova, İctimai Televiziyanın redaktoru İsmayıl Cəbiyev, “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə, “Yenicag.az” Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər, TRT-nin Bakı təmsilçiliyinin əməkdaşı İlkin Umudov, “Mövqe” qəzetinin müxbiri Nihat Hüseynzadənin iştirakı ilə TRT rəhbəri arasında görüş olub. İctimai Televiziyaya müsahibə verən Şenol Göka Azərbaycan nümayəndə heyətini qonaq deyil məhz TRT kimi ev sahibi olduğunu qeyd edib. Proqram çərçivəsində Azərbaycan media üzvləri TRT daxil olmaqla Yunanıstan, Bosniya və digər ölkələrin kanallarında yayımlanan verilişləri qonaq olub, ölkəmiz və onun mediası barəsində ətraflı məlumat verib. 10 gün davam edən III Beynəlxalq Media Proqramın sonunda media nümayəndələrinin şərfəinə Gala gecə təşkil olunub. Gecə də isə türklər demiş tamamilə Azərbaycan rüzgari əsirdi. Çırpınırdı Qara dəniz mahnısı ilə başlayan konsert proqramı Azərbaycanın digər xalq mahnıları ilə davam edərək yekunlaşıb. Azərbaycan və Türkiyə dostluq və qardaşlığının inkişafında önəmli yerə malik olan Türkiyənin Radio və Televizyon Kurumuna (TRT) Azərbaycan nümayəndə heyətinə həssas və qayğıkeş davrandıqları üçün dərin təşəkkürümüzü bildirir, əlaqələrimizin daha da möhkəmlənməsini arzu edirik. Ulu öndər Heydər Əliyevin bu dostluqla bağlı dediyi söz hər iki millətin ən sevdiyi sözdür. “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.

Yaşasın Türkiyə- Azərbaycan dostluğu, qardaşlığı

İsmayıl Cebiyev Antalya/Türkiye

 

 

Manşet, Media, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti