www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Camal Yangın TRT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslanın səlahiyyət müddətinin başa çatması münasibəti ilə mərasim təşkil edib.

Yenicag.az xəbər verir ki, tədbirdə ATİB üzvləri də iştirak ediblər. Mərasimdə çıxış edən C.Yangın iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsi, sıx qardaşlıq bağlarının qurulmasında TRT-nin Azərbaycandakı təmsilçiliyinin gördüyü işlərdən danışıb. ATİB rəhbəri qeyd edib ki, Y.Arslan təmsilçiliyə rəhbərlik etdiyi müddətdə üzərinə düşən işin öhdəsindən uğurla gəlib.

Görüşdə ATİB rəhbəri Y.Arslana vida plaketi təqdim edib.

Öz növbəsində Y.Arslan da onun əməyinə verilən yüksək dəyərə görə ATİB rəhbərliyinə və üzvlərinə təşəkkür edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4145
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."