Tu-154 təyyarəsinin komandirinin meyiti tapılıb

Müəllif: resul

Editor

naidse-vsQara dənizdə qəzaya uğrayan Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin komandirinin meyiti tapılıb.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə hərbi mənbə məlumat verib.

“Xilasedicilər Tu-154 təyyarəsinin komandiri Roman Volkovun meyitini sudan çıxarıblar. Bu gün daha 70 nəfərin qalıqları aşkar edilib”, deyə mənbə bildirib.

Qeyd edək ki, dekabrın 25-də Soçi şəhərindən Suriyadakı Hmeymim aviabazasına uçan Tu-154 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda Qara dənizdə tapılıb. Qəza nəticəsində təyyarədə olan 92 nəfər ölüb.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır