www.sinerjipro.net

SinerjiProWide
Reklam

96444Argentinalı inqilabçı Ernesto Çe Qevaranın əslində əllərini deyil, başını kəsmək istəyiblər. ,Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agenti Feliks Rodriges bu haqda Latviya radiosuna danışıb. Onun sözlərinə görə, Çe Qevara güllələnəndən sonra onun öldüyünü sübut etmək üçün başını kəsib Fidel Kastroya göndərmək istəyiblər.

“Mən güllələnmədən sonrakı gün Çe Qevaranın meyitinin saxlanıldığı yerə gəldim. Boliviya ordusunun baş komandanı Ovando Kandia dedi ki, Kastro onun ölümünü inkar etməsin deyə Çe Qevaranın ölümünə aid qəti sübutlar lazımdır”, – deyə agent Feliks Rodriges bildirib. Onun sözlərinə görə, bu zaman baş komandan Ovando Kandia Çe Qevaranın başını kəsməyi təklif edib.

Amma Roqriges inqilabçının yalnız bir barmağını kəsməyi təklif edib. “Mən onun bir barmağını kəsməyi təklif etdim, çünki bizdə Argentina polisinin barmaq izləri var idi. Kandia isə Çe Qevaranın hər iki əlini kəsməyi əmr etdi. Sonra bu əllər Kubaya göndərildi. Onlar Havanada İnqilab meydanındakı binalardan birində saxlanılır”, – deyən CIA agenti bildirib ki, Kastro Çe Qevaranın kəsilmiş əllərini yalnız yüksək rütbəli qonaqlara göstərib.

Feliks Rodriges həm də etiraf edib ki, Çe Qevara edam edilməzdən əvvəl onun güldüyü şəkli qəsdən korlayıb. “Çe Qevara güllələnməzdən əvvəl mayor Sausedo onunla şəkil çəkdirmək istəyib. Bunun üçün onlar məktəb binasından çıxdılar və mayor fotoaparatı göstərərək zarafat etdi ki, “baxın, komandante, indi quş çıxacaq”. Bu zaman Çe Qevara güldü.

Mən qəsdən həmin kadrın alınmasına imkan vermədim. Çünki bir müddət sonra Çe Qevaranın döyüşdə ölməsi haqqında xəbər yayılacaqdı. Amma mayor hər kəsə sağ və gülən inqilabçının şəklini göstərsəydi, bu, Boliviya hakimiyyətini pis vəziyyətdə qoya bilərdi”, – deyə Rodriges əməlini belə izah edib.
Qeyd edək ki, 1967-ci ildə Feliks Rodriges Mərkəzi Kəşfiyyat İdarəsinin tam səlahiyyətli müşaviri kimi batalyonun tərkibində Çe Qevaranın gizləndiyi Boliviyaya göndərilib. Onların vəzifəsi Ernesto Çe Qevaranın kommunist partizan dəstəsini yox etmək idi. 1967-ci il oktyabrın 8-də həmin dəstə dağıdılmış, Çe Qevara isə əsir götürülərək güllələnmişdi.(anspress)

1915a9097704 49448bf211a2

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 68
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."