www.sinerjipro.net

SinerjiProWide

Tünzalə Ağayeva SİRRİNİ AÇDI: “O, məni buna məcbur etdi”

Reklam

Tədbirlərin birində qarşılaşdıq. İlk olaraq fərqli saç rəngi və düzümü ilə diqqətimizi çəkdi. Əməkdar artist Tünzalə Ağayevanı deyirik… ifa tərzi ilə seçilən sənətçi elə görünüşü ilə də daim maraqları üzərinə çəkməyi bacarır.

Yeniçağ.az-a danışan sənətçini sən demə, günü-gündən daha da cazibədar edən səbəblər varmış…

– Tünzalə xanım, bu dəfə tam fərqli stildəsiniz, dəyişiklikləri sevirsiniz?

– Dəyişməyi hər zaman sevirəm. Amma bir şərtlə ki, o dəyişiklik mənə yaraşsın. Avropada çox məşhur bir gözəllik brendi var, onların Bakıda fəaliyyət göstərən salonu ilə çalışıram. Saçımın rəngi məhz xınadır. Xına nənələrdən bizə qalma ənənədir. Belə bir deyim də var ki, xınanın vaxtı çatanda başım ağrıyır. İndi bilmirəm qocalanda məni hansı aqibət gözləyəcək, görən deyəcəm ki, ay nəvəm, xınamın vaxtı çatıb, başım ağrıyır.

– Görünüşünüzdə yenilik edərkən, sevənlərinizin reaksiyasını nəzərə alırsınız?

– Əslində, yenilik yaddan çıxmış gözəl bir keçmişdir. Unudulmuş bir şeyi gündəmə gətirəndə o çox təzə görünür. Saçımda gördüyünüz detallar – sancaqlar, buruqlar yeni deyil. Sadəcə, insan yeniliyi özünə yaraşan formada tətbiq etməlidir. Əgər bu dəyişiklik insanlar tərəfindən müsbət qəbul olunursa, buna sevinirəm.

– Dəyişikliklər etməzdən öncə kimlərləsə məsləhətləşirsinizmi, yoxsa elə öz zövqünüzü nəzərə alırsınız?

– Yox, ölkənin tanınmış modelyeri Gülnarə Xəlilova ilə birgə işləyirəm. Onun məsləhəti ilə mənim bir obraz olaraq açılmayan tərəflərimi səhnədə göstərməyə çalışırıq. Biz onunla eyni zamanda rəfiqəyiq. Mənim nələri sevdiyimi, nələrdən qaçdığımı gözəl bilir və onun fikirləri mənim üçün çox önəmlidir.

– Saçlarınız adətən çox qısa olur, deyəsən bu da sizi bezdirdi?

– Yox, qısa saçları sevirəm, hətta yenə də kəsdirmək fikrindəydim. Amma Gülnarə Xəlilova dedi ki, qoymayacam saçını kəsdirəsən. O, məni buna məcbur etdi ki, saçlarımı uzadım.

– Siz də etiraz etmədiniz, eləmi?

– Sadəcə olaraq, düşündüm ki, demək yenilik etməyin zamanı çatıb.

– Özünüzü dəbi diktə edən xanım sayırsınızmı?

– Mənim üçün dəb o deyil ki, bir dizayner nəsə fikirləşdi, hamı qaçıb ondan aldı, geyindi, yox. Dəb qadının xarakterinə, davranışlarına, dünyagörüşünə, intellektinə uyğun gəlməlidir, onun daxili aləmini açıb göstərməlidir. İlk növbədə də yaraşmalıdır.

– 2000-2001-ci illərdə mən səhnəyə başıörpəkli çıxırdım. Bu da bir dəb oldu, hətta məktəbli qızlarda belə motivasiya oldu. Evlərində olan şallar artıq gözlərinə fərqli görünməyə başladı. Bu, məni sevindirir. Əgər hansısa bir müğənni cəmiyyətdə davranışı və vizual görünüşündə nümunə ola bilirsə, bu gözəl bir şeydir.

– Yəqin ki, zamanında sizin də dəb ikonalarınız olub?

– Günü bu gün mənim dəb ikonalarımdan birincisi ledimiz Mehriban Əliyevadır. Tarixə nəzər salsaq, ictimai, siyasi xadimlərdən, sənətkarlardan nümunə götürmək olar. Məsələn, Qreys Kelli, Jaklin Kennidi, xanım-xatın aktrisalarımız Leyla Bədirbəyli, Şəfiqə Məmmədova və başqalarıdır. Çox nümunəvi qadınlarımız var.

– Hər bir ulduzun gözəllik sirləri olur. Məsələn, Sofi Loren müəyyən vaxtdan sonra gözəllik sirlərini kitab şəklində nəşr etdirdi. Varmı sizin gözəllik sirləriniz?

– Yaşayarıq, görərik. Bəlkə mən də nə vaxtsa yazdım. İnsanın içində işıq varsa, mütləq üzündə görünəcək. İçi gözəl olmayan adamın zahiri gözəlliyi aldadıcıdır. Bir saniyəlikdir. Əgər insanın içi qaranlıqdırsa, ağzını açıb, danışmağa başlayan kimi hər şey yox olub gedir.

– Həyatınızda sevgi varmı?

– Sevgisiz olmaz. Sevgi insanı yaşadan və ayaqda saxlayan bir qüvvədir.

– Eyni zamanda ayağını yerdən üzən və uçuran bir qüvvə, eləmi?

– Bəli. Çünki rəbbimiz bizi sevgidən yaradıb.

 

Cəvahir Səlimqızı

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 54
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.