Yazı İçi 468×60

publika.az1429615730tural-abbasli“Qərara gəldik ki, seçkidən sonra “Ağ Blok”un partiyaya çevrilməsi istiqamətində fəaliyyətə kecək”

Hazırkı Müsavat rəhbərliyinin yeritdiyi siyasətdən narazı qalaraq seçkilərə hazırlıq üzrə “Ağ Blok” yaradan qrup tezliklə bu təşkilatı partiyaya çevirməyi qərara alıb.

Bu barədə Yenicag.az saytı olaraq ünvanladığımız sualları sözügedən blokun rəhbəri Tural Abbaslı cavablandırdı.

– Öncədən qeyd etmişdik ki, ilkin mərhlədə yaratdığımız “Ağ Blok”u seçki bloku kimi yaradırıq. Yəni blokun yaradılmasında məqsədimiz seçkilərdə iştirak etməkdir və 2 ay müddətində seçki bloku kimi fəaliyyət göstərəcəyik. Amma iki aydan, yəni seçkilərdən sonra proseslər təmsil olunduğumuz siyasi təşkilatlarda indiki kimi davam edəcəyi təqdirdə, bu o demək olacaq ki, mübarizə aparmaq istəyən gənclik üçün münbit şərait yoxdur. Hazırda dediyim münbit şərait təmsil olunduğumuz partiyalarda yaradılmayıb. 23 ildir rəhbərlikdə oturanlar nə özləri yenilik etmək istəyir, nə də yenilik etmək istəyənə şərait yaratmırlar. Müxtəlif dövrlərdə zaman-zaman bu tendensiyanın dəyişdirilməsinə cəhdlər etdik. Müsavatın qurultayında başqanlığa namizəd verməklə də orada nəyinsə dəyişməsinə nail olmağa çalışdıq. Amma gördük ki, burada artıq qrup və şəxsi maraqlar ümumi maraqlardan üstün tutulur. Belə davam edərsə, qərara gəldik ki, seçkidən sonra “Ağ Blok”un partiyaya çevrilməsi istiqamətində fəaliyyətə kecək. 23 ildir müxalifət partiyaları eyni metod və eyni düşüncə tərzi və eyni liderlərlə fəaliyyət göstərir, amma bu müddətdə heç bir dəyişikliyə nail olmayıblar. Hətta partiya daxilində belə reformalara getmirlər. Ona görə də yeni platformaya ehtiyac var, buna sosial sifariş vardır. Bu dəqiqə xalq hakimiyyəti dəstəkləmədiyi kimi, müxalifətə də etimad göstərmir. Belədə siyasi qələbələrin qarşısı da alınır. İnsanlar artıq yeni simalar, yeni adlar, yeni xətlər istəyir. Təmsil olunduğumuz siyasi təşkilatlarda onları geri aparan mövcud tendensiya davam edəcəksə, seçkilərdən sonra bloku partiyaya çevirmək istiqamətində fəaliyyətə keçəcəyik.

-Belə çıxır ki, yaradacağınız yeni partiyada təkcə Müsavatdan deyil, başqa partiyadan gələnlər də olacaq?

– Bu mümkündür. Hələlik seçki istiqamətində fəaliyyət göstərdiyimizdən indilikdə bu istiqamətdə danışıqlar aparmamışıq. Amma seçkidən sonra bu istiqamətdə konkret fəaliyyətə başlayanda konkret hansı partiyalardan yeni yaranacaq siyasi təşkilatımıza üzvlərin gələcəyi də bəlli olacaq. Amma yeni partiya yaradarkən heç də ənənəvi partiyaların artıq mövcud olan elektoratına iddialı olmayacağıq. Başqa partiya üzvlərini yaradacaq təşkilatımıza cəlb etmək niyyətimiz yoxdur. Gəlmək istəyən gələ bilər. Bütün hallarda yaradacağımız siyasi təşkilata əsasən yeni qüvvələrin gəlməsində maraqlıyıq. Siyasətdən kənarda qalan xeyli potensial qüvvə var, onları cəlb etmək niyyətindəyik. Ona görə də kimsə düşünməsin ki, hansısa partiyanın elektoratına iddialıyıq.

– Belə olan təqdirdə seçkidən sonra sizi və tərəfdarlarınızı adət etdiyimiz kimi artıq Müsavat Partiyasının üzvü olaraq görməyəcəyik.

– Həyatımın 15 ilini Müsavat Partiyasına həsr etmişəm. Ətrafımdakı gənclərin də çoxu həyatlarının 10-15 ilini bu partiyaya qurban verib. Müsavatın bu günkü gücdə olmasında fəaliyyətimizin olması danılmaz faktdır. Təbii ki, qanımızla-canımızla bağlı olduğumuz partiyadan imtina etmək xoş deyil. Arif Hacılı qrup maraqlarından deyil, partiya və ümumi maraqlarından çıxış etməyə başlayacaqsa, qələbə uğrunda təmiz mübarizə aparacaqsa, bu zaman niyə də Müsavatla əlaqələrimizi kəsək ki? Amma belə bir niyyətin olmayacağı təqdirdə, lazımı anda lazımı addımlar atılacaq.

– Partiyanın yaradılıb qeydiyyatdan keçməsi üçün azı min nəfərə qədər üzvün olması lazımdır. Bunu təşkil edə biləcəksinizmi?

– Bir siyasətçi kimi siyasi partiya yaradılmasının nə qədər ağır olduğunu gözəl bilirəm. Təşkilat yaradıldıqdan sonra, istər onun qeydiyyatdan keçməsi, istərsə də yerli təşkilatlarının yaradılmasının nə qədər ağır proses olduğunu bilirəm. Amma həm də ona nail olmağın metodlarını da bilirik. Hər halda buna cəhd edəcəyik və sonda nəyəsə nail olacağıq”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."