!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Turan Yazqan şəxsiyyəti

!Reklam – Yazi

1464073770_turan-yazganHələ Sovet İttifaqı dağılmadan əvvəl, Türkiyədə türk dünyasına yönəlik fəaliyyətləri ilə diqqəti cəlb edirdi.

“Bir neçə il bundan öncə haqqın rəhmətinə qovuşan, türk dünyasının böyük ziyalılarından Turan Yazqanın türk millətinin birləşməsində və bir araya gəlməsində xidmətləri əvəzsizdir”.

Bu barədə Avropa.info-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri, politoloq Hatəm Cabbarlı Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, professor-doktor Turan Yazqan bağlı fikirlərini şərh edərkən bildirdi.

“Hələ Sovet İttifaqı dağılmadan əvvəl, Türkiyədə türk dünyasına yönəlik fəaliyyətləri ilə diqqəti cəlb edirdi. O, həyatı boyu türk dünyasına qarşılıqsız xidmət etdi. Bu sevginin mayasında qırılmaz sevda və həsrət dururdu. Türk dünyasının müxtəlif sahələrdəki problemlərini ön plana çıxaran, qarşılıqlı əlaqələrin qurulmasında əməyi olan Turan bəy, eyni zamanda bu coğrafiyada təhsil və mədəniyyətin inkişafına təkan verməklə yeni səhifə açdı”.

H.Cabbarlı həmçinin Azərbaycan və Orta Asiya türk dövlətlərində ali təhsil ocaqları açan, bu barədə ortaq siyasətin qurulmasına çalışan Turan Yazqanın işlərinin bu gün də davam etdiyini qeyd etdi:”Türkiyədə heç bir qeyri-hökumət təşkilatı onun təşkilatı qədər, türk dünyasına maraq göstərməyib və işlər görməyib. Onun bu baxımından xidmətləri əvəzedilməzdir”.

“Türk dünyasının birləşməsi və hər gün daha güclü olması üçün bütün mənalı ömrünü sərf edən professor Turan Yazqanın vəfatı türk dünyası üçün böyük itkidir”.
“Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elməddin Behbud Turan Yazqan haqqında fikirlərini bölüşərkən bildirdi.

“Həm Türkiyədə, həm də keçmiş Sovet İttifaqındakı türk xalqlarının milli dəyərlərinə sahib çıxması, gənclərin yüksək səviyyəli təhsil alması və vətəninə, millətinə xidməti şərəf bilməsi üçün yorulmadan çalışan böyük Türk sevdalısı Turan Yazqan dünyasını dıyişsədə geridə çox böyük mədəni, mənəvi irs buraxıb. Dünya durduqca yaşayacaq bir irs…Ruhu şad olsun!!!”.

“Türk dünyasının əfsanəvi xocalarından biri əziz və dəyərli rəhmətlik Turan Yazqan təkcə Azərbaycanda yox, bütün türk dünyasında sayılıb seçilən xocalardan biri olub”.

Bu fikirləri isə “Soyqırım və İnsan Haqqları Araşdırma Mərkəzi”nin rəhbəri Telman Qasımov söylədi.

“T. Yazqanın Azərbaycanda və türk dünyası üçün göstərdiyi ən böyük xidmətlərdən biri məktəblərin açılması, təhsilin müasir və dünyavi öyrənilməsi, milli kimyliyin, türk millətinin inkişafı və birliyi təhsildən bilikdən başlaması prinsipi türk xalqları üçün önəmli idi. Türk Dünyası Araşdırmalar Vəqfinın bu sahədə əlindən gələni etdi. Bu gündə vəqf ölümündən sonra yaratdığı məqsədlərə xidmət edir. Türk dünyası birliyi arzusuyla yaşayan və bu yolda əlindən gələn çabaları ömrünün sonuna qədər əsl türk oğlu və əsgəri kimi başa çatdırdı.

Ruhun şad olsun əziz xocamızın. Türk əsgəri kimi onunla qurur duyuruq”,-deyə təşkilat sədri əlavə etdi.

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv