www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyədə referendum davam edir. Türk analitiklər 16 Aprel referendumunu Yeniçağ-a şərh ediblər:

Orxan Bursalı (“Cümhuriyyət” qəzeti, köşə yazarı):

“Referenduma çıxarılan Konstitusiya dəyişiklikləri daha geniş müzakirə olunmalı idi”.

Orxan Bursalı

“Konstitusiya maddələri cəmiyyətin həyatını istiqamətləndirmə sahəsində mühüm akt funksiyasını həyata keçirir. Buna görə də AKP ilə MHP-nin birlikdə hazırlayaraq, bugünkü referenduma çıxartdıqları məsələlər istər TBMM-də, istərsə də cəmiyyət qarşısında kifayət qədər müzakirə olunmalı idi. Gələcəkdə bunun mənfi tərəflərini görə bilərik. Türk cəmiyyətinin bu Konstitusiya dəyişikliyini qəbul etməyəcəyinə inanıram. Seçki qutusundan çıxacaq nəticələrə hər kəsin hörmət göstərməsi ən önəmli məqamdır”.

Ömər Özkaya (Ölkə TV proqram prodüseri və “Günəş” qəzetinin köşə yazarı):

“Sistemin inkişaf etdirilməsi Türkiyəni gücləndirəcək”.

Ömər Özkaya

“Sakit bir şəraitdə keçirilən referendumda iştirakın yüksək olması ölkəmizin demokratiyası naminə gözəl bir inkişafdır. Seçki qutularından güclü bir “Evet” çıxması cəmiyyətə yeni bir həyəcan gətirməklə yanaşı, Türkiyənin dünyadakı gücünü daha da artıracaqdır. Başkanlıq sistemi Türkiyənin idarəetməsindəki bütün zəncirləri qıracaq, ölkəmizin taleyilə bağlı qərarların ən sürətli şəkildə qəbul edilərək həyata keçirilməsini təmin edəcək. Parlament sistemində idarəetmə böhranları Başkanlık sistemiylə sona çatacaq. Prezident seçkinin ertəsi günü öz heyətilə zaman itirmədən ölkəni daha da irəli çəkmək üçün səy göstərəcək”.

Nevzat Çiçək (Habertürk TV kanalı şərhçisi):

Nevzat Çiçək

“Seçki qutularında çıxacaq “Evet” başda FETÖ, PKK və İŞİD olmaqla bütün terror təşkilatları ilə qəti şəkildə hesablaşmağı təmin edəcək”.

“Türkiyənin öz idarəetmə sistemini dəyişməsi tarixi bir hadisədir. Son 15 ildə ölkəmizin dünyada artan nüfuzu idarəetmə sistemimizi daha dinamik vəziyyətə gətirməyimizi tələb edirdi. 16 aprel referendumu cəmiyyətdən gələn bu tələbə məqsədəuyğun cavab olmaqla yanaşı, Türkiyənin dünyadakı gücünü daha da möhkəmləndirməyi qarşısına məqsəd qoyur. Qutulardan çıxacaq güclü bir “Evet” ölkəmizdə siyasi çevrilişlər kimi siyasi xaosların da tarixə qovuşmasına səbəb olacaq”.

Milliyyətçi Hərəkat Partiyasından (MHP) millət vəkili Yusuf Halaçoğlu Türkiyədə bu gün keçirilən Konstitusiya referendumunda səsvermə prosesini dəyərləndirib.

Yusuf Halaçoğlu

Yeniçağ.az-a açıqlama verən MHP millət vəkili, partiyanın rəsmi mövqeyinə zidd olaraq, Konstitusiya islahatının əleyhinə olan tarixçi-professor Yusuf Halaçoğlu səsvermənin gedişində müəyyən pozuntuların qeydə alındığını deyib:

“Hələ ki səsvermə davam edir. Bu proses başa çatdıqdan sonra vətəndaşların “Əvət”, yoxsa “Xeyr” deyəcəkləri məlum olacaq. İnşallah, ümid edirəm ki, “Xeyr” deyənlər daha çox olar, referendumdan 60 faizlə “Xeyr” nəticəsi çıxar”.

Pozuntulara gəldikdə, bir sıra nöqsanlar qeydə alınıb. Məsələn, Urfada seçki məntəqəsində adam olmasa da, “Əvət” möhürü vurulmuş bülletenlər aşkar edilib. Antalyada isə səsvermədə möhürlənməyən bülletenlərdən istifadə olunub. Yəni bu kimi pozuntulara rast gəlinib.

Ümumiyyətlə isə, səsvermə prosesində hər hansı gərginlik yoxdur”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 125
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."