!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türk dünyası gənclərinin ilk forumunun keçirilməsi əhəmiyyətli hadisədir”

!Reklam – Yazi

14800756_10211008748753560_1140739341_nVüsal Quliyev: Türk dünyası gənclərinin ilk forumunun keçirilməsi əhəmiyyətli hadisədir.

Şimali Kiprdə Türk dünyası gənclərinin birinci Forumu keçirilib. Forumun açılış mərasimində rəsmi şəxslər, deputatlar, QHT və KİV təmsilçiləri olmaqla 300 nəfər iştirak edib.

Mərasimdə Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş, Şimali Kiprin maliyyə naziri Serdar Denkdaş və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış ediblər.

V.Quliyev çıxışında Forumun Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü gününə təsadüf etdiyini bildirərək, ölkəmizin sürətli inkişafı, ölkənin həyatında gənclərin rolu, gənclər siyasətinin əlamətdar nəticələri barədə məlumat vermişdir. O, Forumda dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan və işləyən türkdilli gənclərin bir araya gəlməsinin əhəmiyyətini vurğulamış, birgə müzakirələrin aparılmasının və gələcək əməkdaşlıq imkanlarının müəyyən edilməsinin vacibliyini qeyd etmişdir.

Sektor müdiri bildirmişdir ki, gənclər hər bir ölkənin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvədir. Ölkələrimizin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Bu baxımdan gənclərlə ardıcıl iş aparılmalıdır. Eyni zamanda gənclər onlar üçün yaradılmış imkanlardan səmərli şəkildə yararlanmalıdır.

V.Quliyev sonda türkdilli ölkələrin gəncləri arasında həmrəyliyin gücləndirilməsinin vacibliyini qeyd etmiş, hər bir gənci Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə çağırmışdır.

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv