!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk əsgərindən daha bir nümunə: Əl-Bab və xaraba Hələbin müqayisəsi – FOTO,VİDEO

!Reklam – Yazi

Türkiyə ordusunun Əl-Babı İŞİD-dən azad etdikdən sonra dronla çəkilmiş görüntülər türk əsgərlərinin şəhərdə işğalçı kimi davranmadıqlarını bütün dünyaya nümayiş etdirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin ötən ilin oktyabrından etibarən başladığı “Fərat qalxanı” əməliyyatı çərçivəsində Azad Suriya Ordusu ilə birlikdə İraq-Şam İslam Dövləti (İŞİD) terrorçularından azad etdiyi Əl-Babın döyüşlərdən sonrakı görüntüləri hər kəsi müsbət mənada təəccübləndirir.

Əl-Babın azad olunmasından sonra diqqəti cəlb edən əsas məqam şəhərin döyüşlərdən sonrakı vəziyyətidir. Təqdim olunan görüntülər İŞİD-ə qarşı döyüşlərin uzun müddət davam etməsinə baxmayaraq, Əl-Babın ciddi dağıntıya məruz qalmadığını təsdiqləyir. Yəni Türkiyə ordusu şəhərdə işğalçı qüvvə kimi davranmayıb və əhali ilə yanaşı, şəhərə də ziyan dəyməməsi üçün son dərəcə ehtiyatla hərəkət edib.

Bu fikrin təsdiqi üçün Əl-Bab ilə Hələbin dronla çəkilmiş görüntülərini müqayisə etmək kifayətdir. Təsvirlərdən də aydın görünür ki, Türkiyə ordusunun müdaxilə etmədiyi hərbi əməliyyatlardan sonra Hələb xarabazara çevrilsə də Əl-Babın savaşdan çıxdığı o qədər də hiss olunmur.

(Əl-Bab – müharibədən sonra)
(Hələb – müharibədən sonra)

 

 

Yeniçağ.Az

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv