www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyənin Ədalət və İnkişaf partiyasının nümayəndəsi, millət vəkili Nurettin Nebati 16 apreldə keçiriləcək referendumdan əvvəl Yeniçağ.Az-a açıqlama verib.

“Partiyamız 16 apreldə yeni bir dastan yazmağa hazırlaşır. Millətimiz və liderimiz Rəcəb Tayyip Ərdoğanın möhkəm iradəsi ilə FETÖ-nün 15 iyul xain çevriliş cəhdinin qarşısı alındığı kimi 16 apreldə də bütün xainlərlə əbədi olaraq hesablaşacağıq. Millət öz iqtidarına köklü şəkildə sahib çıxacaq.”

Millət vəkili Qərb ölkələrinin referendumda açıq şəkildə tərəf saxlamasını da tənqid etdi:

“Qarşımızı kəsməyə çalışan, bizi əvvəlki günlərə qaytarmağa çalışan güclər və onların Qərbdəki “paşa ataları” var. Açıq şəkildə bizim əleyhimizə olan mövqedə dayandılar. 16 apreldə millətimiz hamısının cavabını verərək, yenidən güclü ölkə olmaq yolunda qətiyyətlə irəliləyən Türkiyəni şahə qaldıracaqdır. Biz buna əminik.”

Nurettin Nebati daha sonra qardaş Azərbaycanı salamladı və söhbətə bu sözlərlə davam etdi:

“Allaha şükür ki, biz Azərbaycana gedəndə heç bir ünsiyyət problemi ilə üzləşmirik, özümüzü Türkiyədəki kimi hiss edirik. Get-gəllərimiz çoxaldıqca dostluğumuz daha da güclənəcək və beləliklə, dünya müstəvisində bir-birimizi daha güclü şəkildə müdafiə edəcəyik. 15 iyul xain çevriliş cəhdində biz ilk dəstəyi Azərbaycandan gördük”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."