Milyardlarla çirkli pul yuyan fətullahçı şirkət Azərbaycanda!- Yenilənib – 2

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

akin-ipek-kimdir-gulenin-bir-gulusune-servetimi-veririm-diyen-adami

Azərbaycanda biznesi olan fətullahçı Akın İpəklə bağlı yeni xəbərlər var. Türk mediasının yazdığına görə, “Koza” Holdinqin rəhbəri İngiltərəyə qaçıb. Şirkətində yoxlamalar davam etsə də, mediaya ilkin məlumatlar sızmaqdadır. Belə ki, “Koza İpek Holding” şirkətlər qrupuna məxsus 121 milyard dollarlıq çirkli pul transferinə dair dəlillər aşkar edilib. Fətullahçıların çirkli pul transferi həyata keçirdiyi ölkələr arasında Azərbaycan da yer alır.  Onlar Fətullah Gülən Şəbəkəsinin “himmət paraları” olaraq iş adamlarından topladığı pulu leqallaşdırmaq üçün aşağıdakı mexanizmdən istifadə edib: xaricə transfer edilən pullar gəlir kimi göstərilərək Türkiyəyə geri qaytarılıb.

Axtarışdan əvvəl izi itirmək üçün holdinqin ofisində 170 kompüterdən 140-nın sərt diski yenilənib. Lakin kserokopiya aparatlarının yaddaş kartını yeniləmək yaddan çıxıb və beləliklə də holdinqin qara pul dövriyyəsinə dair dəlilləri aşkar etmək mümkün olub.

Gülən Şəbəkəsinin topladığı milyardlarla dollar “himmət paraları” Azərbaycan, Sudan, Kipr və Maltaya da transfer olunub.

 

“İpek Holdinq”lə bağlı cinayət işi qaldırılıb və istintaqı Ankara Cümhuriyyət Prokurorluğu aparır. Holdinq “Fətullahçı terror təşkilatına” maliyyə dəstəyi göstərməkdə ittiham olunur.

 

***

Qeyd edək ki, milyardlarla çirkli pulu Azərbaycanda daxil olmaqla xarici ölkələrdə yumaqda ittiham olunan Akın İpekin Azərbaycanda rəsmi təmsilçisi “Koza MMC”-dir. Şirkət 22.04.2004-cü il tarixində Dövlət Babayev adlı şəxs tərəfindən qeydiyyatdan keçirilib. VÖEN nömrəsi:2000010581.

***

Türkiyə seçkilərə gedərkən PKK və Paralel Şəbəkəyə qarşı hücum taktikasından vaz keçilmir. Tam əksinə, hər iki terror örgütünü bitirmək üçün əməliyyatlar davam edir. PKK-nı bitirmək üçün hər gün Kandilə bombalar yağdıran Türk Hökuməti Fətullah Gülən Şəbəkəsini də “boş buraxmır”.

55e5432dd469566c65a0e24c“Samanyolu”ndan sonra Türkiyə dövləti Gülənin ən böyük biznes strukturlarından olan Koza İpək Holdinqə basqın edib. “Kanaltürk”, “Bu gün TV” telekanalları və “Bu gün” qəzetinin sahibi olan Koza İpək Holdinq həm də Azərbaycanda fəaliyyət göstərən “Koza Davətiyyə” Şirkətinin sahibidir.  “Gülənin bir gülüşünə bütün sərvətimi verərəm” deyən Akın İpekin sahib olduğu Koza İpək Holdinqə daxil şirkətləri bunlardır:

232Koza Altın

Koza Anadolu Metal

Özdemir Antimuan

İpek Doğal Enerji

Koza İpek Basın ve Basım

Konaklı Metal Madencilik

Atp İnşaat

Koza İpek Tedarik

Atp Koza Gıda

Atp Havacılık

Atp Koza Turizm

Kanaltürk

Kanaltürk Radyo

Bugün TV

Bugün Gazetesi

Koza İpek Eğitim

İpek Üniversitesi

Koza İpek Sigorta

“Kanaltürk” qanunsuz ələ keçirilib

20111231080643!Kanaltürk_logosuTürkiyə bu əməliyyatdan danışarkən “Kanaltürk”ün köhnə sahibi, CHP millət vəkili Tuncay Özkan kanal ilə bağlı şok açıqlama verib. Onun sözlərinə görə, kanalın alqı-satqısı zamanı fətullahçılar hiylə və saxtakarlıq ediblər: “Mən 36 dəfə məhkəməyə müraciət etsəm də, fətullahçılar kanalı ələ keçirməklə yetinməyib, özümüzü də həbs etdirdilər. Kanaltürk bizimdir və qəsb edilmişdir”.

bululttt bulut2 bulut3

 

Kanaltürkün qurucu ortağı və xəbər müdiri Adnan Bulut isə sosial mediada bunları yazdı: “Bu gün azad sözdən, mətbuat azadlığından dəm vuranlar 2008-ci ildə linç edilməyimizə səssiz qaldılar. Fətullahçılar malımıza çökməklə kifayətlənməyib, bizi də Silivri  zindanına göndərdilər. Vergi cəzaları ilə boğdurulduq, reklam almağımız əngəlləndi və kanal xərac olaraq, Akın İpəkə verildi. Kanaltürkü və Eurotürkü dövlətin imkanları ilə, təzyiqlə əlimizdən alan F tipli cinayətkar qrup indi cəzasını çəkir.  F tipli cinayətkar qrupun əlindəki kanaldan azad media olmaz”.

Faruk Mərcan Almaniyaya qaçdı

452334015

Bu arada “Kanaltürk”ün Ankara bürosunun şefi, Gülənin Hidayət Karacadan sonrakı əsas imamı olan Faruk Mərcan da Ergenekon prokuroru Zəkəriyya Öz kimi Almaniyaya “hicrət” edib. Kanaldan verilən rəsmi məlumata görə, “Fətullah Gülən” kitabının müəllifi olan F.Mərcan “iş üçün” Almaniyada səfərdədir.

Dünənki əməliyyatla bağlı “tvitter”dən Türkiyə dövlətinə qarşı təhdidlər yağdıran Faruk Mərcan Azərbaycan oxucusuna da yaxşı tanışdır. Belə ki, onun müəllifi olduğu “Fətullah Gülən” kitabı 2011-ci ildə Azərbaycan dilində nəşr olunub.

Faruk Mərcanın adı eyni zamanda ötən il Azərbaycandakı fətullahçıların gizli məktublarında da hallanmışdı. Gülənə gedən hesabatlar Naci Tosun ilə yanaşı həm də ona göndərildiyi üzə çıxmışdı.

Onun adı Türk siyasətini çalxalayan seks şantaj kassetləri ilə bağlı qalmaqalda da hallanmışdı.

faruk-mercan-sucustu-yakalandi-1205111200_m

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır