yenicag.az

Türk politoloqdan Fətullah Gülən şəbəkəsi barədə dəhşətli iddialar

Türk politoloqdan Fətullah Gülən şəbəkəsi barədə dəhşətli iddialar

Müəllif: Redaktor

Editor

406618006Türk politoloq Sputnik-ə “Abilər”in görünməyən tərəflərindən yazdı.

Fətullah Gülən hərəkatının kökündə Türkiyə Cümhuriyyətinin mühasirəyə alınaraq, dövlətin hərəkət etmə funksiyasını iflic etmə məqsədi dayanır.
Bu hərəkat gec xəbər tutulan, dövlətin bütün təşkilatlarına sızan, hörümçək toru kimi şəbəkə halını alan nəhəng bir gücdür.

Çevriliş cəhdindən sonra həbs edilənlərin polisə verdikləri ifadələrində, Gülən şəbəkəsinin Türkiyədə uzun illər necə kök saldığı, necə qaranlıq bir təşkilat olduğu gün üzünə çıxmaqdadır.
Məhkəmədən Təhlükəsizlik orqanlarına, Milli Kəşfiyyat təşkilatından Türk Silahlı qüvvələrinə, həmçinin yazılı və görüntülü media, biznes sahələri, bank, tədris kursları və s. təşkilatları ilə bu adamlar inanılmaz bir şəbəkə yarada biliblər.

Bu təşkilatın ən hiyləgər yönü isə cəmiyyətə və dünyaya özlərini təhsil adamı, dini camaat olaraq göstərmələridir. Əslində isə vəziyyət heç də belə deyil. Şəbəkənin əsas üzvləri olan “abilər” itaəti əsas almış, nəyisə başqa yöndən araşdırmağı kərih və təhlükəli görən kəslərdir. Onlar etdikləri xidmətin (daha doğrusu xəyanətin) mükafatı olaraq Cənnəti qazana biləcəklərini düşünən beyni yuyulmuş fərdlərdir.
Siyasi şərhçi Güngör GökdağSiyasi şərhçi Güngör Gökdağ

Bu insanlar öz ölkələri olan Türkiyəni başqa ölkələrdən fərqli görmürlər. Onlar üçün vətən torpağının, dünyanın digər ölkələrindən heç bir fərqi yoxdur. Çox millətli şirkətlər kimi sadəcə maraq və mənfəəti düşünürlər. Onların anlayışına görə, məqsədə aparan hər yol keçərlidir.
Şəbəkə üzvlərinin heç bir qanun-qayda tanımadığını biz 15 iyulda baş verən qanlı çevriliş gecəsində gördük. Öz xalqını bombalayan, tanklarla vəhşicə əzən və silahsız insanlara güllə yağdıran bu güruhun dövlət idarəsini ələ keçirdiyi vaxt nələr edə biləcəyini təxmin etmək çətin deyil. Pensilvaniyadan gələn təlimatları Allahın əmri kimi qəbul edən, təhəccüd namazlarında bunlar ölsün, bunların evlərinə atəşlər düşsün deyərək bəddualar edən bu insanların gerçək üzləri ortaya çıxdı, maskaları düşdü. Düşüncələri etibarilə şəbəkə üzvləri biz yandıq hər kəs yansın anlayışı ilə hərəkət edərək, təhlükəli işlərə yenidən təşəbbüs edə bilərlər.

Təşkilatın mənsubları İslam dinini bir bütün olaraq yaşamağı yox, təqiyyə edərək, gizlənərək, haramı halal sayaraq, olmayacaq fətvaları verərək özlərinə görə bir din təsəvvürü yaradıblar. Bu adamların Allahın dinini izah etmək və yaymaq kimi bir məqsədi olmayıb ki, öyrətmək və başa salmaq dərdləri də olsun. Həmçinin fərqli kitabları oxumağı təhlükəli gördülər. Bunun yerinə yuxular, hekayələr və şərhlərə söykənən bir din anlayışı meydana gətirdilər.

Məmləkətin ən ağıllı, savadlı uşaqlarını hələ ibtidai məktəb mərhələsində təsbit edib, ailələrini təqaüd və müxtəlif vədlərlə razı salaraq yanlarına aldılar. Həmin uşaqların savadından yararlanaraq, onları gələcəkdə istifadə edilə biləcək dövlət qurumlarına yerləşdirdilər. Təşkilata üzv pedaqoqlar xaricdəki məktəblərdə uşaqlara folklor, zeybək oynamağı öyrədərək, mahnı, türkü əzbərlətdirməklə məşğuldur. Xülasə ölkəmizin inkişafı, irəliləməsi üçün ən kiçik bir fəaliyyətləri yoxdur.

Bunlar əsas işi siyasəti dizayn etmək, hökumətə təsir göstərmək, mühakimədə qanunlara və hüquqa görə deyil, məsləhətə görə qərarlar almaq, on minlərlə insanın məhkəmə qərarı olmadan qanunsuz şəkildə telefonlarını dinləmək, məskən və otel otaqlarına kameralar yerləşdirərək insanların məhrəminə girmək, kasetlərlə, montajlarla iftiralar ataraq, şantajlar etməkdir. Özlərinə rəqib və ya mane ola biləcək insanlara vicdansızca böhtan ataraq, cəmiyyətdə gözdən salaraq yox etməkdir.

Təşkilatın yüksək vəzifəli üzvləri, dövlət qurumlarına məmur seçimində hiylə edib, imtahan suallarını oğurlayaraq şəbəkə mənsublarına veriblər. Qısası, bunlar üçün xəyanətin adı xidmət, dinləmənin adı hikmət, rüşvətin adı isə himmətdir. Qürurlu və şərəfli həyatdan daha çox, hiyləgər nəfərlər kimi ömür sürmək, hədəfə aparan hər yol qanunidir anlayışı ilə hərəkət etmək əsasdır bu adamlar üçün.

Şəbəkənin arxa planında yenə böyük oyun qurucusu ABŞ var. Qərb bloku bu dünya üzərində güclü bir Türkiyə və müsəlman cəmiyyət modelini görməyi əsla arzu etməzlər. Artıq müharibələr üz-üzə aparılmır. Bilavasitə PKK və FETÖ kimi terror təşkilatlarını dəstəkləyərək əslində Türkiyə ilə döyüşürlər.
Avropaya qaçdığı təsbit edilən təşkilat mənsubu abilər, sayları nə qədər olur olsun, bunların hamısını Almaniya yaxın günlərdə qaçqın kimi qəbul edəcək. Bu günə qədər Türkiyənin düşmənləri, Avropada hər zaman özlərinə yer tapa bilmişdir. Baxmayaraq ki, həmin dövlətlər guya Türkiyənin müttəfiqi hesab edilir.

Lakin əziz millətimiz illər sonra yenidən böyük bir Milli Mübarizə Ruhunun canlanmasını təmin etmiş, vətən və bayraq şüurunu bütün dünyaya göstərmişdir. Fərqlilikləri zənginliyə, birlik və birliyə çevirə bilmişdir. Heç bir şəkildə çevrilişə keçid verməmiş, hər nə bahasına olursa olsun vətəninə sahib çıxmışdır. Şübhəsiz ki xalqımız şüurlu və qərarlıdır. Qurulan oyunları görməkdədir. Güclü dövlətimiz, içərisinə sızan şəbəkə üzvlərini qətiyyətlə bir-bir təmizləməkdədir. FETÖ təhlükəsi tezliklə yox ediləcək. Və unutmaq olmaz ki, vətənimiz bunlar kimi çox xain görmüş, amma bu nəcib millətimiz hamısını tarixə basdırmışdır.(sputnik)

Araşdırma, Seçmələr, Gülən Təhlükə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti