!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk səfir: “Bu cür tədbirləri davam etdirmək vacibdir”

!Reklam – Yazi

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin sədri dr. İsmayıl Ağayev və sədrin birinci müavini Samir Adıgözəlli Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Yenicag.az xəbər verir ki, Türkiyə səfirliyində keçirilən səmimi görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, Türk-Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyəti ətrafında söhbət aparılıb. BDM sədri dr. İsmayıl Ağayev səmimi qəbula görə səfirə təşəkkürünü bildirərək, mərkəzin Türkiyədə keçirdiyi layihələr haqqında geniş məlumat verib. Səfir Erkan Özoral öz növbəsində BDM-in bu istiqamətdəki fəaliyyətindən məmnunluğunu bildirərək, gələcəkdə Azərbaycan və Türkiyə üçün əhəmiyyətli olacaq bu kimi tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşün sonunda BDM idarə heyəti adından səfir Erkan Özorala təşəkkür plaketi təqdim edilib.

BDM Mətbuat Xidməti

Yenicag.az

www.yenicag.az

995
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv