Türkcə oxuyanda efir kəsildi – ermənilərdən növbəti “Eurovision” təxribatı

Müəllif: Redaktor

Editor

80109_lb8rqpzgwsErmənistan “Eurovision”da növbəti təxribata əl atıb.

Axşam.az xəbər verir ki, ölkənin ictimai yayım edən “Hayastan 1 TV” kanalı dünən yayımlanan ikinci yarımfinalda Ukraynanı təmsil edən Jamalanın ifası zamanı efiri kəsib. Buna səbəb isə müğənninin “1944” mahnısında tatarca sözlərdən istifadə etməsi olub.

Bu haqda xəbəri “Facebook”da “Eurovision Turkey” səhifəsi yayıb. Jamalanın mahnısının nəqarətində Krım türkcəsində oxuduğu zaman ekran qaralıb və yalnız Norveç təmsilçisi səhnəyə çıxandan sonra yayım bərpa olunub. Bu isə Avropa Yayım Birliyinin (EBU) qaydalarına ziddir.

Qeyd edək ki, əsl adı Suzana Camaləddinova olan Camalə (Jamala) səhnədə Krım tatarlarının 1944-cü ildə Orta Asiyaya deportasiyasından bəhs edən mahnı oxuyub. Mahnı ingiliscə olsa da, xor tatarca səsləndirilib. Jamalanın atası tatar, anası isə ermənidir.

Xatırladaq ki, ermənilər birinci yarımfinalda da qaydaları pozaraq yayım zamanı “qondarma Dağlıq Qarabağ respublikası”nın bayrağını qaldırmışdılar.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır