Türkiyə çətin vəziyyətə düşüb

Türkiyə çətin vəziyyətə düşüb

Müəllif: Manager

Baş Redaktor

5037İŞİD terror qruplaşmasını susdurmaq hələ ki, fövqəl dövlətlər üçün də çətin məsələyə çevirilib.

Dünən ABŞ prezidenti Barak Obama etiraf etdi ki, onlar İŞİD terror qruplaşmasının sürətli inkişafından xəbərsiz olublar. Açığı ABŞ xüsusi xidmət orqanlarının İŞİD-in yaranışından xəbərsiz olmaları bir o qədər inandırıcı görünmür. İŞİD-in əməllərindən iraqlılar və suriyalıların həyatının zülmə döndüyü faktdır. Azərbaycanın strateji müttəfiqi və qardaş ölkə olan Türkiyə bu məsələdə çox əziyyət çəkir. Birincisi, Suriya və İraqla böyük sərhəddi var. İkincisi İŞİD bu dəqiqə Suriyada kürdlərlə döyüşür. Türkləri çətinə salan məqam isə odur ki, əgər Kobanidə İŞİD-ə qarşı döyüşsə, PKK-ya dəstək olmuş olacaq, döyüşməsə İŞİD terrorçularına kömək etmiş kimi görünəcək.

Türkiyə ilə həmsərhəd Suriyanın Kobani şəhərində vəziyyət günü-gündən daha da gərginləşir. Bu gün səhər saatlarından etibarən İŞİD-lə kürd qüvvələri arasında döyüşlər şiddətlənib.

İŞİD-in atdıgı top mərmiləri Kobaninin mərkəzi nöqtələrini məhv edib. Atılan top mərmilərini Türkiyə sərhədindən də açıq-aydın görmək mümkündür.

Kobani sərhəddindən Türkiyəyə tərəf hərəkət edən İŞİD-ə məxsus bir tank da Türk Silahlı Qüvvələrinin atəşindən sonra geri çəkilib.

Hazırda Türkiyə Suriya sərhədinə ağır texnika cəlb edir. Türk Hərbi Qüvvələrinə məxsus tanklar sərhəd bölgələrdə mövqe tutmağa başlayıb.

Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, Türk Silahlı Qüvvələri İŞİD-in bütün hücumlarına artilleriya atəşi ilə cavab verir. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və sakinlər köçürülüb. Məlumata görə, İŞİD qüvvələri artıq Türkiyə sərhədindən 100-150 metrə qədər məsafədədir.

Bu gün Turkiye Parlamenti də İŞİD terrorçu qruplaşmasına qarşı qurulan koalisiya da Türkiyənin rolu nə olacaq, bu qrupla necə mübarizə aparmalıdır məsələlərini müzakirə edir. Oktyabrın 2-nə qədər davam edəcək mükazirələrin yekun nəticəsi isə bütün dünyanın diqqətindədir. (anspress.com)

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti