Türkiyə Ermənistanla sərhəddə sədd tikəcək

Müəllif: Redaktor

Editor

Türkiyə Ermənistanla sərhəd boyunca divar tikməyi planlaşdırır.

Yeniçağ.Az türk mətbuatına istinadən xəbər verir ki, bu təklif hazırda Türkiyənin milli müdafiə və maliyyə nazirlikləri arasında müzakirə olunur.

3 metr hündürlüyündə olacaq beton bloklardan ibarət divar Türkiyənin Ardahan, Qars və İğdır vilayətləri boyunca ucaldılacaq.

Qeyd edək ki, hazırda Türkiyə Suriya ilə sərhəddə divarın ucaldılmasını davam etdirir. Burada işlərin bu ilin aprel ayında başa çatdırılacağı gözlənilir.

Yeniçağ.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir