!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə Avropa Şurasının gözünü dələn oxdur” – Millət vəkili

!Reklam – Yazi

Avropa Şurası Parlament Assambleyası Türkiyəni monitorinq altına almaq qərarı qəbul edib. Assambleyada “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsi müzakirə olunub. Sonda Türkiyənin 2004-cü ildə çıxdığı monitorinq mərhələsinə geri qaytarılmasını nəzərdə tutan qətnamə təsdiqlənib. Qətnamənin lehinə 113, əleyhinə 45 parlamentari səs verib. 12 parlamentari isə bitərəf mövqe nümayiş etdirib.

Məsələni Yeniçağ.az-a şərh edən millət vəkili Yevda Abramov söylədi ki, Türkiyə bir ox olub, Avropa Şurasının gözünü dəlir:

“Uzun illərdir ki, Türkiyə bu sindromdan əziyyət çəkir. Bu hələ bir neçə illər də bu cür davam edəcək. Ümumiyyətlə, Avropa Türkiyəni öz ailəsində və süfrəsində görmək istəmir. Bunun da müxtəlif siyasi səbəbləri var. Orada verilən səslər belə şübhə altındadır. Avropa Şurasında da xüsusi lobbiçiliklər mövcuddur. Daimi olmasa da, ayrı-ayrı konfranslarda iştirak etmişəm. O konfranslarda Azərbaycan və Türkiyənin adını eşidəndə, dünya miqyasına çıxarılası bir təcrübəmiz müzakirə ediləndə, bizlərə üz çevirirlər. Səsverməni obyektiv hesab etmirəm. Avropa Şurasının Türkiyəyə rəğbəti yoxdur”.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bu, yenə ikili standartlardır:

“Türkiyədə siyasi sistemi bəyənib-bəyənməmək başqa məsələdir. Avropa Şurası Türkiyədəki konstitusiya dəyişikliklərindən sonra belə rəy verməyə qərar veriblər. Bu, Türkiyənin daxili işidir. Ona qalsa Fransa da yarıprezident respublikasıdır. Buna görə heç onu qınayan yoxdur.
Türkiyə demokratik referendum keçirib və əhalinin təxminən yarısından çoxu dəyişikliklərin lehinə səs verib. İndi bu Avropada kiminsə xoşun gəlmirsə, Türkiyənin məsələsini gündəmə gətirib və yenidən mənasız monitorinq keçirtməyə qərar veriblər. Çünki Avropa İttifaqı da artıq Türkiyənin üzvlük danışıqlarını donduraraq, arxa plana atıb. Bu cür siyasət axırda Türkiyənin Avropa ilə siyasi inteqrasiyadan imtina etməsinə gətirib çıxaracaq və Şərqə doğru döndərəcək. Demək olar ki, may ayında Ərdoğanın səfər edəcəyi ölkələr arasında Rusiya, Çin, Hindistan və s. var. Avropa dövlətinə isə bir dənə də olsun rəsmi səfəri yoxdur. Avropa bu cür davranmaqla sanki Türkiyəni özündən uzaqlaşdırır. Halbuki, Avropanın Suriya böhranına görə Türkiyəyə böyük ehtiyacı var. Çünki Türkiyə böyük qaçqın axınını öz ərazisində saxlayır. Əgər sərhədləri açsa, hamısı da birbaşa Avropaya axın edər və çox ciddi problemlər yaşanar. Türkiyə ilə ümumi dil tapmaqdan, dialoqu genişləndirməkdənsə, daha çox cəzalandırmağa çalışırlar”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv