!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Azərbaycan: Biri ürək, biri can – Aygün Attar FETÖ-dən yazır

!Reklam – Yazi

14555702_1040823269367748_1732791385_nDünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attar Həşimzadənin qələmə aldığı bu yazı Türkiyə, Belçika ve Hollandiyada yayımlanıb. 

Yenicag.az Avropa.info-ya istinadən yazını oxuculara təqdim edir:

“Son günlərdə Türkiyədə mətbuat vasitəsi ilə FETÖ-nü bəhanə edərək Azərbaycana qarşı hücuma keçən bir qrup var. Sanki Türkiyədə FETÖ-nün bütün fəaliyyəti araşdırıldı, bir-birinə qarışan mürəkkəb münasibətlər sistemi aşkarlandı, vətən xainləri ifşa edildi, onlara yardım edənlər üzə çıxarıldı və burada bu iş bitdi, FETÖ-nün fəaliyyəti tamamən dayandırıldı və indi növbə Azərbaycana gəldi. Ölkənin yaşadığı hala baxdığımız zaman, ortaya çıxan vətən xainliyindən, edilən çevriliş cəhdlərindən, bütün bu xəyanət fəaliyyətlərinin bir tərəfindəki bəzi insanların can Azərbaycana da pay vermə cəhdlərini görmək mümkündür. Azərbaycan iqtidarından məmnun qalmayan (dünyanın bir çox yerində olduğu kimi), Azərbaycandan istədiyini ala bilməyən şəxslərin sifarişi ilə bir dövrün tarixinin dəyişdirilərək yazıldığı bu yazılarda, sanki FETÖ tərəfindən bütün təşkilatları ələ keçirilmiş bir Azərbaycan mənzərəsi yaradılmaqda, hətta Heydər Əliyevin bu təşkilat tərəfindən hakimiyyətə gətirildiyi iddia edilməkdədir. Şübhəsiz ki, bu cür cəfəngiyyat və şişirdilmiş bir ssenarini ortaya atanlar Azərbaycanın tarixi keçmişi və bu günündən xəbərsizdirlər.

Əvvəla, Heydər Əliyev SSRİ-də Siyasi Büro Üzvü vəzifəsinə qədər yüksələ bilmiş tək Türkdür. Karyerasına çox gənc yaşlarında başlamış olan Heydər Əliyev önünə çıxan hər cür maneələrə baxmayaraq, ibrət alınacaq uğurlara imza atmış öndə gedən müsəlman olaraq bütün dünya tərəfindən tanındığı illərdə FETÖ lideri olan şəxsin (özü həyatımın heç bir mərhələsində maraq dairəmə daxil olmadığı üçün dəqiq bilməsəm də) bu ölkədə heç adı anılmırdı. Kiçik, ucda-bucaqda olan yerlərdə iş görən ibtidai dini təhsil görmüş biri idi. Belə birinin SSRİ-yə əl uzatması iddiadı gülüncdür. Azərbaycanlı qardaşlarımızın deyimi ilə, “özünə umac ova bilməyən birindən başqasına əriştə kəsməsini” gözləyə bilməzsən. Digər ağlasığmaz bir iddia da, guya şahidlərin ifadəsinə əsasən yazılan, Elçibəyin iqtidardan çevriliş ilə uzaqlaşdırılması, Heydər Əliyevin FETÖ tərəfindən hakimiyyətə gətirilməsi planına dair iddiadır. Əgər FETÖ-nün lideri olan bu şəxs 1993-də bir dövlətin başından bir şəxsi alıb digərini oraya gətirəcək qədər güclü idisə niyə Türkiyə üçün də bu planı reallaşdırmaq istəyi olmadı və hələ də Rusiyanın nəfəsinin hər tərəfində hiss edildiyi bir bölgədə belə bir plan etmək istədi. Halbuki o illərdə Türkiyədə koalisiya hökumətləri və yüksək inflyasiya səbəbi ilə cəmiyyətdə yaranan vəziyyət buna zəmin yaradırdı. Hərbi səbəblərə görə olmazdı deyə düşünsək də, Azərbaycanda da vəziyyət fərqli deyildi. Silahlanmış könüllü milli birliklər xaricində ölkədəki professional əsgərlər Rusiya tərəfdarlarıydılar. Necə ki, Elçibəy, Sürət Hüseynov qiyamından sonra ölkədə ehtimal edilən vətəndaş müharibəsinin qarşısını almaq üçün Bakını tərk edərək Kələkiyə getməyə məcbur qalmışdı. Geriyə tək bir ehtimal qalır: FETÖ, rəhbərliyini Elçibəyin etdiyi Azərbaycan Xalq Cəbhəsi ya da Rusiya ilə əməkdaşlıq edib? Bu, çox absurd iddiadır. Belə iddialar ilə Azərbaycan haqqında fikir irəli sürmədən öncə həmin illərin tarixi ilə maraqlanmaq tarixi oxumag lazımdır uygurmak deyil. Heydər Əliyevin Moskvadan Azərbaycana geri dönməsi mövzusuna gəldikdə isə, bu mərhələ hər kəs tərəfindən bilinən və tarix səhifələrində Heydər Əliyevin vətənpərvərliyini göstərən hadisələrin son mərhələsidir. Onun, Azərbaycanın müstəqilliyi uğrunda fədakarlıq edərək, çox çətin vəziyyətdə olan Naxçıvana dönüşünü, çox bəsit bir hadisə kimi qələmə vermək, Heydər Əliyevin mənəvi şəxsiyyətinə hörmətsizlik və onun vətəni üçün etdiyi xidmətlərə kölgə salmaq üçün edilən bir cəhddir. Əslində o illərdə nələr oldu və Heydər Əliyev necə geri döndü? 20 yanvar 1990 tarixində SSRİ-nin başında olan Mixail Sergeyeviç Qorbaçovun əmri ilə Rus ordusu Bakıya daxil oldu və Milli Azadlıq Mübarizəsi üçün ayağa qalxan Azərbaycanlıları insafsızca qətl etdi. Eynilə 1920-ci ilin 27 aprel tarixində etdikləri kimi. O illərdə Siyasi Büro Üzvü və SSRİ Baş Nazirinin Müavini kimi çox önəmli vəzifələrdə çalışmasına baxmayaraq bütün bunları düşünmədən rədd edən Heydər Əliyev, Azərbaycana edilən bu qətliama etiraz edərək bütün vəzifələrindən istefa verdi və Moskvada olan Azərbaycan Evinin həyətində ailəsi ilə çadır quraraq, bütün bu yaşananları boykot edən soydaşlarla birlikdə, Azərbaycan xalqının əvvəldən də ona olan sevgisini çox çıx artırdı. O zaman Azərbaycan dövlətinin başında prezident olarak böyük Türk Milliyyətçisi Elçibəy dururdu.Ancak bir tərəfdən Ermənistanın Qarabağ başda olmaqla Azərbaycan torpaqlarını işğal etməsi, digər tərəfdən Sürət Hüseynov qiyamı zamanı Xalq Cəbhəsi iqtidar olmasına baxmayaraq ölkədə iqtidarın tam sahibi ola bilmədiyi və ölkə iki başlı idarəetmə ilə parçalanmaya yaxın olduğu üçün Azərbaycan Parlamentinin və milyonlarla vətəndaşın ölkədəki xaosa son verə biləcək tək lider olaraq gördükləri və səslədikləri Heydər Əliyev, millətin səsinə cavab verdi və vətənə, Naxçıvana geri gəldi. Bütün Azərbaycanın tələbi və Elçibəyin şəxsən etdiyi təklif və dəvəti ilə Heydər Əliyev Bakıya gəldi və vəziyyətə hakim oldu. Belə bir qısa zaman ərzində də təcrübəli bir dövlət başçısı olduğu hər kəs tərəfindən bilinən və qəbul edilən bu ağıllı lider ölkədəki vəziyyətə hakim oldu. Azərbaycanın vəziyyəti sabitləşdi.

Bütün bunlara dair arxivlərdə çoxlu sənədlər, başda Azərbaycan Televiziyasının materialları olmaqla onlarla video görüntülər və qəzetlər olmasına baxmayaraq, bir zamanın ağrılı amma şərəfli mübarizəsini, müstəqillik mübarizəsini, nə olduğu bəlli olmayan bir vətən xaini etmiş kimi göstərmək sadəcə H.Əliyev düşmənliyi etmək deyil, eyni zamanda Azərbaycan xalqına, Azərbaycan dövlətinə və onun tarixinə hörmətsizlikdir, xəyanətdir. Azərbaycan istər Elçibəy, istər Heydər Əliyev, istərsə də İlham Əliyevin iqtidarda olduğu zamanlarda Türkiyəyə böyük önəm vermiş, Türkiyənin gücündən qürur duymuş, Türkiyəyə zərər gəlməməsi üçün yüksək diqqət göstərmişdir. Bir millət iki dövlət deyiminin təməlini qoyan və bütün dünyanın tanıdığı bir lideri FETÖ-nün iqtidara gətirdiyi bir şəxs olaraq insanlara göstərmə cəhdləri, sadəcə həddini aşmaq deyil, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin yaxınlığından narahat olanların işinə yarayan bir plandır. Eyni zamanda iki ölkə arasında olan xoşagəlməz mövzuların önəmsiz olaraq gündəmi işğal etməsi cəhdləridir və fikrimcə əsl gündəmin insanların diqqətindən yayındırılması cəhdləridir. Türkiyənin ən çətin günlərində Azərbaycan, Azərbaycanın ən çətin günlərində Türkiyə hər zaman onun yanında olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, “17-25 dekabr” prosesi ilə başlayan, 15 iyul vətənə xəyanət çevriliş cəhdi ilə davam etdirilən, hakimiyyəti ələ alma təşəbbüsü içində olanlara Türkiyədə necə rəftar edilmişsə, Azərbaycanda da bu rəftarın eynisi edilmişdir. Bu hiyləgər təşkilatlanmanın dərhal və tamamilə yox edilməsinin imkansız olduğunu hamımız bilirik. Amma burada önəmli olan niyyət və işin icrasıdır. Azərbaycanın, mövzu Türkiyə olduqda bütün sahələrdə olduğu kimi bu sahədə də niyyəti və düşüncəsi aydındır. Heç kim bu mövzuda fərziyyələr irəli sürməyə cəhd etməsin; belə bir düşüncədə olanlar onsuz da istəklərini həyata keçirə bilməzlər. Mart ayında Ankarada ölkənin paytaxtını qana bulayan terror hadisəsi hər kəsi hüznləndirdi. Eyni cür hücuma bizdən öncə məruz qalan Fransaya dəstək üçün Qərbin axın etdiyi Parisdən fərqli olaraq, yalnız qaldığımızda Azərbaycan Prezidenti İlham Əliyev, “siz gələ bilməsəniz, biz gələrik” deməsindən əlavə olaraq bütün planlarını ləğv edərək bir günlük Türkiyəyə gəldi. Dünyaya Azərbaycanın Türkiyənin yanında olduğu mesajını verdi və Əliyev-Ərdoğan qucaqlaşması tarixə keçdi. Eynilə Ərdoğanın BMT-də və digər beynəlxalq platformalarda Qarabağı və Azərbaycanın işğal edilmiş bütün ərazilərini Ermənistanın ən qısa zamanda tərk etməsini tələb etmiş və bu tələb də tarixə keçmişdir. Bu və bunun kimi çox nümunə Azərbaycan Türkiyə münasibətlərinin son zamanlardakı göstəricisidir. FETÖ ilə mübarizə Türkiyəni və Türklüyü sevənlərin öndə gələn vəzifəsidir. Son zamanlarda Azərbaycanda xarici dövlətlər və bəzi güclər tərəfindən maliyyələşdirilən, İ.Əliyevə qarşı olan mitinqlərdə bu təşkilatlamanın Azərbaycan qolu fəal iştirakçılar olaraq yer almış və İ.Əliyevdən iqtidarı tərk etməsini tələb edib Azərbaycanda xaos yaratmaq istəmişdir. FETÖ-nü həqiqətən və bütün tərəfləri ilə ifşa etmək istəyən Türkiyə və Azərbaycan mediasının onları müşahidə etməsi lazımdır. Həyatını Azərbaycanın və Türk Dünyasının müstəqilliyi və gələcəyinə həsr edən insanlara atılan böhtanlar, əbəs yerə zaman itirməkdən başqa bir şey deyil. Son olaraq, Azərbaycan Türkiyə münasibətləri şəxsi ehtiras, şəxsi proqnozlar üçün böhtan atılmayacaq qədər tarixi və dostca bir münasibətdir. Bunu unutmayın; içində Qafqaz İslam Ordusunun ruhu olan bu münasibətləri pisləşdirməyə cəhd edənləri tarix bağışlamaz. Azərbaycan Can, Türkiyə Ürəktir Canı haqsız olaraq kədərləndirdiyin halda Ürək qırılar. Halbuki bizə gırık değil cəsur ürəklər lazımdır. Eynilə Türkiyə və Azərbaycan dövlət başçıları R.T.Ərdoğan və İ.Əliyev kimi. Allah, onlara, başçıları olduqları dövlətlərə və bu dövlətlərdə olan millətə zaval verməsin.

Aygün Attar Həşimzadə,
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü,

Giresun Universitetinin tarix kafedrasının müdiri, professor”

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv