!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Qurultayı keçirilib

!Reklam – Yazi

unnamed-7Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) IV növbədənkənar Hesabat-seçki Qurultayı keçirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın İstanbul şəhərindəki Baş konsulu Məsim Hacıyev, Azərbaycan və Türkiyə media qurumlarının, yerli ozünüidarəetmə orqanlarının, Kocaeli Valiliyinin nümayəndələri, TADEF-ə üzv olan və əməkdaşlıq edən təşkilatların təmsilciləri və digər qonaqlar iştirak edib.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan Qurultayda əvvəlcə səsvermə əsasında Rəyasət Heyətinin tərkibi seçilib, daha sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib. Gündəliyə uyğun olaraq İdarə Heyətinin və Nəzarət-təftiş Komissiyasının 2013-2016-cı illər üçün hesabatları dinlənilib. İdarə Heyətinin adından çıxış edən TADEF sədri Bilal Dündar təşkilatın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verərək bu layihələrin Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə, Azərbaycanın Türkiyədə, eləcə də, dünyada daha da yaxından tanıdılmasına, ortaq problemlərin həlli istiqamətində birgə fəaliyyətə xidmət etdiyini bildirib. Bilal Dündar iki qardaş dövlətin münasibətlərinin tarixinə toxunaraq, qeyd edib ki, 1918-ci ildə Bakının işğaldan azad olunmasında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müstəsna xidmətləri, eləcə də Çanaqqala savaşında Azərbaycandan Türkiyəyə gələn minlərlə könüllünün iştirak edərək qəhrəmancasına şəhid olması bu qardaşlığın bariz nümunəsidir.

TADEF sədri Federasiyanın Türkiyənin kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, dövlət orqanları və Böyük Millət Məclisi ilə yaxşı əlaqələrə malik olduğunu, gələcəkdə bu əlaqələrin daha da dərinləşdiriləcəyini vurğulayıb. Bilal Dündar həmçinin, “Kocaeli” qəzetinin hər il təşkil etdiyi “Zirvədəkilər” mükafatının 2012-ci İlin Qeyri Hökumət Təşkilatı nominasiyasında qalibi seçilməyi TADEF-in fəaliyyətinə verilən qiymət kimi dəyərləndirib. Təşklat rəhbəri Kocaelide təhsil alan bir qrup azərbaycanlı tələbəyə təqaüdün ayrılmasına nail olduqlarını və bunun davam etdiriləcəyini də bildirib.

B.Dündarın hesabatından sonra Nəzarət-təftiş Komissiyasının hesabatları ilə bağlı səsvermə keçirilib və yekdilliklə qəbul edilib. Daha sonra səsvermə əsasında İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib, Bilal Dündar növbəti müddət üçün yenidən Federasiyanın rəhbəri seçilib.

Sonda Qurultay iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlanıb.

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv