Yazı İçi 468×60

yumurta2016-cı ildə Türkiyə yumurta ixracını 5,8% artırıb. Yenicag.Az xəbər verir ki, bu barədə Türkiyənin Yumurta İstehsalçıları Birliyinin rəhbəri Hasan Konya bildirib.

Onun sözlərinə görə, ötən il Türkiyə 290,190 mln. dollarlıq yumurta ixrac edib. 2015-ci ildə qonşu ölkə yumurta ixracından 274,889 mln. dollar əldə edib.

H. Konyanın sözlərinə görə, Türkiyə ən çox Yaxın Şərq, Fars körfəzi ölkələrinə, o cümlədən Azərbaycan və Gürcüstana yumurta ixrac edib: “Ümumilikdə, 20-dək ölkəyə yumurta ixrac edirik. Qonşu ölkələrin iqtisadi durumu normallaşdıqdan sonra ixracı artırmaq niyyətindəyik”.

Birliyin rəhbəri əlavə edib ki, ötən il Türkiyədə 19 mlrd. ədəd yumurta istehsal edilib, bunun təxminən 30%-i ixrac olunub.

“Bu il 400 mln. dollarlıq yumurta ixrac etmək niyyətindəyik”, – deyə o bildirib.

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."