Türkiyə Baş nazir müavinlərinin vəzifə bölgüsü-Siyahı

Müəllif: Redaktor

Editor

basbakan-yardimcilari-371wer4rtyuTürkiyə müvəqqəti hökumətində Baş nazir müavini olan millət vəkillərinin vəzifə bölgüsü həyata keçirilib.

Bölgü ilə bağlı sərəncam Rəsmi qəzetdə dərc olunub.

Bu bölgüyə əsasən, Baş nazir müavini Yalçın Akdoğan Türkiyə Böyük Millət Məclisi ilə əlaqələr, ictimai diplomatiya ilə bağlı işlərin aparılması vəzifələrini icra edəcək. Akdoğanın öhdəliyində olan müəssisə və təşkilatlar isə bunlardır: Media və İnformasiya Baş İdarəsi, Türkiyə Radioteleviziya Qurumu Baş İdarəsi, Anadolu Agentliyi Baş İdarəsi, Radio və Televiziya Yüksək Şurası, Tanıtma Fondu Şurasının Baş Katibliyi.

Baş nazir müavini Numan Kurtulmuş, Hökumət sözcüsü və insan haqları ilə bağlı komissiya və insan haqları ilə bağlı məsələlərdə koordinasiya vəzifələrini icra edəcək. Kurtulmuşun öhdəliyində olacaq müəssisə və təşkilatlar: Vəqflər Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbərliyi, Fəlakət və Təcili Vəziyyət İdarəçiliyinin rəhbərliyi, Türkiyə-İnsan haqları qurumu.

Baş nazir müavini Cevdet Yılmaz iqtisadi məsələlərdə ümumi koordinasiya vəzifəsini icra edəcək. Yılmazın öhdəliyində olan vəzifələr: Xəzinə Müşavirliyi, Türkiyə Cümhuriyyəti Mərkəz Bankı, TC Kənd təsərrüfatı Bankının Baş İdarəsi, Türkiyə Xalq Bankının Baş İdarəsi, Türkiyə İnkişaf Bankının Baş İdarəsi, Türkiyə İxracat Krediti Bankının Baş İdarəsi, Kapital Bazarı Şurası rəhbərliyi, Bankçılıq Tənzimləmə və Nəzarət Təşkilatı və Əmanət Haqqı Sığorta Fondu.

Baş nazir müavini Yıldırım Tuğrul Türkeş Dövlət Şurası ilə əlaqələr, Milli Təhlükəsizlik İdarəsinin tövsiyə qərarlarının və görüşlərinin qiymətləndirilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması və Nazirlər Kabinetində qəbul olunacağı təqdirdə tövsiyə qərarlarının icrasının koordinasiyası və monitorinqi, Kipr ilə əlaqədar koordinasiya işləri və Mədəniyyətlər İttifaqı Layihəsinin aparılması vəzifələrini icra edəcək. Türkeş, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu ilə Xaricdə Türklər və Qohum Birliklər rəhbərliyindən məsul olacaq(aznews).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir