!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyə "bitti" demədən bitdi - VİDEO

!Reklam – Yazi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 9-cu tur həyəcanı davam edir.

Yenicag.az xəbər verir ki, Avropa zonasının D, G və İ qruplarında növbəti oyunlar keçirilib.

G qrupunda lider İspaniya millisi “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya yığmasını qəbul edib. İspanlar bu oyundan 3 xalla ayrılacağı halda DÇ-2018-ə vəsiqəni təmin edəcəkdi. Belə də olub. 3 cavabsız qolla qalib gələn İspaniya mundiala növbəti vəsiqənin sahibinə çevrilib.

İtaliya Makedoniya ilə ev oyununda gözlənilmədən xal itirib. İsrail isə Lixtenşteynə səfərdə qalib gəlib.

İ qrupunda isə Türkiyə millisi İslandiya yığmasını qəbul edib. Bu qarşılaşma “ay-ulduzlular” üçün mundiala vəsiqə baxımından həlledici rol oynayırdı. Belə ki, Mirça Luçeskunun yetirmələri Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə şanslarını qoruyub saxlamaq üçün islandlarla matçdan 3 xalla ayrılmalıydı. Bu mübarizədə türklərin əsas rəqibləri olan Xorvatiya millisi evdə Finlandiya ilə, Ukrayna yığması isə səfərdə Kosovo ilə üz-üzə gəlib. Lakin türklər doğma meydanda biabırçı məğlubiyyətə üzülüblər və mundiala vəsiqə şansını itiriblər. Xorvatiya da doğma meydanda xal itirib. Ukrayna isə səfərdən qələbə ilə qayıtmağı bacarıb.

DÇ-2018-in seçmə mərhələsi
6 oktyabr

D qrupu

Gürcüstan – Uels 0:1
Qol: Laurense, 49.

Avstriya – Serbiya 3:2
Qol: Burqstaller, 25. Arnautoviç, 76. Şaub, 89 – Milivoyeviç, 11. Matiç, 83.

İrlandiya – Moldova 2:0
Qol: Mörfi, 2; 19.

Serbiya – 18, Uels – 17, İrlandiya – 16, Avstriya – 12, Gürcüstan – 5, Moldova – 2.

G qrupu

İtaliya – Makedoniya 1:1
Qol: Kyellini, 40 – Traykovski, 77.

Lixtenşteyn – İsrail 0:1
Qol: Tibi, 21.

İspaniya – Albaniya 3:0
Qol: Rodriqo, 16. İsko, 24. Alkantara, 27.

İspaniya – 25, İtaliya – 20, Albaniya – 13, İsrail – 12, Makedoniya – 8, Lixtenşteyn – 0.

İ qrupu

Xorvatiya – Finlandiya 1:1
Qol: Mandzukiç, 57 – Soiri, 90.

Kosovo – Ukrayna 0:2
Qol: Paqarada, 60-öz qapısına. A.Yarmolenko, 87.

Türkiyə – İslandiya 0:3
Qol: Qudmundsson, 32. Byarnason, 39. Arnason, 50.

İslandiya – 19, Xorvatiya – 17, Ukrayna – 17, Türkiyə – 14, Finlandiya – 8, Kosovo – 1.

www.yenicag.az

3902
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv