!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə daha bir peykini kosmosa göndərəcək

!Reklam – Yazi

15300741_10211735554767355_1570025681_nCoğrafi məhdudiyyət olmadan dünyanın hər yerindən yüksəkkeyfiyyətli peyk görüntüsünü təmin edəcək Türkiyəyə məxsus GÖKTÜRK-1 peykinin fəzaya göndərilməsinə az bir vaxt qalıb.

Yeniçağ.az Türkiyə mediasına istinadən xəbər verir ki, peyk Türkiyə vaxtı ilə 16.51.44-də (Bakı vaxtı ilə 17.51.44-də) öz orbitinə göndəriləcək. GÖKTÜRK-1 həm mülki, həm də hərbi baxımdan yüksəkkeyfiyyətli peyk görüntüləri əldə edəcək və bu özəlliyi ilə yeni texnologiyalara uyğun olaraq kəşfiyyat, müşahidə peykləri arasında yer alacaq. Peyk 1 il ərzində 60 mindən çox görüntünü qeydə alacaq. Türkiyə Silahlı Qüvvələrindən GÖKTÜRK-1 peyki ilə bağlı verdiyi açıqlamada qeyd edilir ki, Fransız Qvineyasındakı kosmodromdan idarə ediləcək səkkizinci Veqa yükdaşıma vasitəsinin və bu optik peykin orbitə göndərilməsi üçün bütün hazırlıq işlərini başa çatdırıb.

GÖKTÜRK-1 layihəsi Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığının layihəsi olaraq, TAI, ASELSAN, TUBITAK, UEKAE, ROKETSAN və TR TECNOLOGY kimi Türk şirkətlərinin və Thales Alenia Space tərəfindən birgə həyata keçirilib. Yanacaq olmadan ümumi kütləsi 1070 kq. olan GÖKTÜRK-1 yüksəkkeyfiyyətli optik kameraya sahib olmaqla, günəşlə eyni vaxtda orbitdə hərəkət edəcək. GÖKTÜRK-1 peyki Türkiyənin ilk milli Uzay Sistemləri İnteqrasiyası və Test (USET) mərkəzi tərəfindən testdən keçirildikdən sonra Türkiyə Hava Qüvvələri Komandanlığının tərkibində təşkil olunan Peyk kəşfiyyatı Tabur Komandanlığının idarəçiliyinə veriləcək.

 

 

Yeniçağ.az

www.yenicag.az

821
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv