Türkiyə dünya ilə təkbaşına savaşır

Türkiyə dünya ilə təkbaşına savaşır

Müəllif: Redaktor

Editor

“Türkiyənin boğazına pərçim edilmiş FETÖ Türk vətənsevərliyinə çırpılaraq çilikləndi”.

Bu fikirləri  Yenicag.Az-a açılamasında FETÖ-nun 15 iyul çevriliş cəhdini dəyərləndirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib:

elieliyev“Qardaş Türkiyədə dövlət çevrilişi cəhdi kənar qüvvələrin Türkiyəni nəzarətdə saxlamaq təşəbbüsü idi. Müasir dünyada gözəgörünməz idarə bağları dövlətləri inkişafdan saxlamaq üçün lazımdır.

Ərdoğan komandası ilk gündən bu bağları qayçılamaqla məşğuldur. AKP Türkiyəni real suverenliyə qovuşdurmaq uğrunda mübarizə aparır, vuruşur. Fikrimcə, müqəddəs işdir. Allah yardımçıları olsun.

Türkiyə dünya ilə təkbaşına savaşır: Suriyada, Qətərdə, İraqda… Daxildə isə terrorla, satqınlarla, 5-ci kolonla mübarizə aparır və s. FETÖ xarici qüvvələrin Türkiyə üçün daxili buxov layihəsi idi, Türkiyənin boğazına pərçim edilmiş ballast idi – yaşı qosqoca, smeta tutumu milyardlarla ölçülür. Sonda işə salındı ki, yüksələn türkləri durdursunlar. Alınmadı. Türk qeyrətinə, vətənsevərliyinə çırpılaraq çilikləndi. İnşallah, daim belə olacaq.

Türkiyə böyüyüb-gücləndikcə, biz artırıq. FETÖ keçmiş olsa da, unutmaq olmaz, nəticələrdən dərs alınmalıdır. Keçmiş olsun hamıya. Şəhidlərə rəhmət, qazilərə şəfqət, AKP və MHP yə qüvvət”.

A.Zeynalov
Yenicag.Az

15 Temmuz Milletin İradesi, Manşet, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti