!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Ermənistanı Azərbaycanla təmas xəttində atəşkəsə əməl etməyə çağırıb  

!Reklam – Yazi

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) fevralın 25-dən 26-na keçən gecə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən ağır silahlı toqquşmalar ilə bağlı bəyanat yayıb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bəyanatda Ermənistan tərəfindən həmin gecə təmas xəttində Azərbaycana qarşı ağır silahlarla həyata keçirilən hücumlar pislənib.

“Şəhid olanlara Allahdan rəhmət diləyirik, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk, yaralılara təcili şəfa arzulayırıq”, – deyə bəyanatda bildirilir.

Türkiyə, həmçinin Ermənistanı Azərbaycanla təmas xəttində atəşkəsə əməl etməyə çağırıb:

“Biz 2016-cı ilin aprelində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən şiddətli toqquşmaların yenidən baş verməməsi üçün İrəvanı atəşkəsə əməl etməyə və pozuntulara son qoymağa çağırırıq. Türkiyə davamlı həll yolunun tapılması istiqamətində göstərilən səyləri dəstəkləməkdə davam edəcək”, – deyə bəynaatda bildirilir.

Yeniçağ.Az

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv