!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə GUAM-a üzv olacaq yoxsa təşkilat “öləcək”?

!Reklam – Yazi

 

1380269405_guam_071212Elxan Şahinoğlu: “Buna şübhə ilə yanaşıram”

Artıq neçə illərdir ki, Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın üzv olduğu GUAM təşkilatının fəaliyyətindən əsər-əlamət hiss olunmur. Bu qurum yarandığı ilk dövrlərdə aktiv olması ilə seçilsə də, indi sanki elə bir vəziyyət yaranıb, kənardan baxana elə gəlir ki,  GUAM adlı təşkilat ümumiyyətlə olmayıb. Təşkilar artıq sanki ölü bir quruma çevrilib. Bu aradan bir sıra ekspertlər güman edir ki,  Türkiyənin də GUAM-a qoşulması həmin təşkilatın yenidən canlanmasına təkan verə bilər. Onların fikrincə, hazırda Rusiya ilə gərgin münasibətlərdə olan Ankara özü də sözügedən quruma qoşulmaqda maraqlı olmalıdır.

Elxan Shahinoglu 4_12Lakin Yenicag.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyənin hazırkı perspektivdə GUAN-a üzv ola biləcəyi ehtimalına şübhə ilə yanaşdığını bildirdi: “Bilirsiniz ki, GUAM artıq ölü bir təşkilata çevrilib, heç bir fəaliyyəti nəzərə çarpmır. Ara sıra nazirlər toplaşsa da, GUAM əvvəlki tək real bir qurum təsiri bağışlamır.  Ona görə də çevik olmayan bir quruma Türkiyənin də üzv olacağını söyləmək çətindir. Əlbəttə ki, Türkiyə Rusiya münasibətlərinin gərginləşməsi fonunda Ankaranın GUAM-a marağının artması hamının xeyrinə olardı. Lakin düşünmürəm ki, Türkiyə indilikdə belə bir qərar versin. Qurum işlək qurum olsaydı, fəaliyyətilə ortaya nəticə qoysaydı, Türkiyənin ora üzvlüyü də real olardı. İndiki halda isə inanmıram ki, Ankara bu quruma üzvlük istiqamətində ciddi addımlar atsın. Yaxın gələcəkdə Ankaranın bu istiqamətdə real addımlar atacağı gözlənilmir. Bu qurum sadəcə Azərbaycan-Gürcüstan ittifaqından ibarətdir. Azərbaycanın GUAM-ın digər iki üzvü, Moldova və Ukrayna ilə isə sıx iqtisadi və enerji əlaqələri yoxdur. Ukrayna prezidentinin Azərbaycana səfər edəcəyi haqqında çox danışılır. Amma iki ildir bunu eşitsəm də ortada bir nəticə yoxdur. Bu qurum işlək təşkilata çevrilməyənə qədər Türkiyənin hətta  gələcək perspektivdə də ora üzv olması perspektivinə şübhə ilə yanaşıram”.

ELÇİN

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv