!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə ilə münasibətlərimiz normallaşacaq” - Niderlandın Azərbaycandakı səfiri - Eksklüziv

!Reklam – Yazi

Niderlandın Azərbaycandakı səfiri Onno Kervers ölkəsi ilə Türkiyə arasında yaranmış anlaşılmazlıqların aradan qalxacağını deyib.

Bu ilin ilk aylarından etibarən gərginləşən Niderland-Türkiyə münasibətlərinin gələcəyini Yenicag.az-a şərh edən səfir Onno Kervers ikitərəfli əlaqələrin normal məcraya qaytarılacağını bildirib:

“Türkiyə ilə Niderland arasında münasibətlərin özünəməxsus tarixi və səviyyəsi var. O baxımdan belə düşünürəm ki, iki ölkənin münasibətlərində yaranmış problemləri həll etmək mümkün olacaq. Bunun üçün imkanlar var.

Eyni zamanda, nəzərə alaq ki, ölkəmizdə ikili vətəndaşlığa (Niderland və Türkiyə – red.) malik 400 min şəxs yaşayır. Bu amil də münasibətlərin tezliklə əvvəlki məcraya qaytarılmasını zəruri edir. Hər halda, yaranmış anlaşılmazlıqların aradan qalxacağına və münasibətlərin normallaşacağına ümidvaram”.

A.Zeynalov
Yenicag.az

www.yenicag.az

888
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv