Türkiyə ilə Rusiyanın görüş tarıxı bəlli oldu – Krizis çözülür?

Müəllif: Baş Redaktor

Baş Redaktor

100919Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Yenicag.az rus mediasına istinadən xəbər verir ki, görüş Serbiyanın paytaxtı Belqradda, yerli vaxtla saat 16.30-da reallaşacaq.

ATƏT-in Zirvə toplantısına qatılan tərəflər arasında görüşün olacağını Rusiya XİN açıqlayıb.

Qeyd edək ki, bu türk hava sahəsinə daxil olduğu üçün rus savaş təyyarəsinin vurulmasından sonra Ankara ilə Moskva arasında ilk üst səviyyəli görüşdür. Belə ki, qarşılıqlı ittihamların yer aldığı bu müddətdə Rusiya tərəfi görüşlərdən imtina edib və türk vətəndaşlarına və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Yenicag.az-a açıqlama verən politoloq Elşən Mustafayevin qənaətincə XİN rəhbərləri səviyyəsində Türkiyə ilə Rusiya arasında görüşün baş tutmasının özü bu situasiyada Kremlin yumşalması anlamına gəlir: “Bir müddət buna qədər Rusiya XİN rəhbəri Lavrov nəinki prezidentlər, hətta xarici işlər nazirləri səviyyəsində  görüşün mümkünsüz olduğunu bəyan etmişdi. Mütəxəssis, politoloq və siyasilərin proqnoz verdiyi kimi bu şəkildə qarşıdurmaya getmək Rusiyanın özü üçün ciddi fəsadlara gətirib çıxara bilər. Görünür, Rusiya daxili auditoriyaya oynayaraq təyyarə olayından sonra hay-küy qaldırmaq, embarqo tətbiq etməklə belə bir fon yaratdı ki, Putinin nüfuzunun daha da qalxmasına nail olsunlar. Sözsüz ki, müxtəlif bəhanələr gətirmələrinə baxmayaraq, xarici işlər nazirlərinin görüşü artıq məsələnin nəticə etibarı ilə yaxın zamanlarda müəyyən dərəcədə səngiyəcəyinə eyhamdır. Çünki, Rusiya açıq şəkildə gördü ki, ABŞ başda olmaqla NATO həmin məsələdə Ankaranın yanında oldu. Qərb dövlətlərinin həmçinin son toplantılarda Rusiyaya qarşı sanksiyaların daha 6 ay müddətinə uzadılması, əlavə sanksiyaların gündəmə gətirilməsi də müzakirə mövzusudur.  Bu məsələlərin ortalıqda olması fonunda Rusiya problemin yumşalmasında maraqlıdır. Amma onu açıq şəkildə etiraf etmək istəmir. Çünki bu halda Putin haqqında yaradılan mifə, onun məğlubedilməz olmasına böyük zərbə dəyə bilər. İndi isə görüşürlər, hətta bir müddətdən sonra baş nazirlər arasında da görüşlər ola bilər.  Çünki qarşıdurmanın bu səviyyəyə çatdırılması Rusiyada ciddi fəsadlar törədər. Bunu onlar da anlayır, ona görə də görüşlər olacaq. Lakin hər iki tərəf görüşə razılıq verməsini hərəsi öz vətəndaşlarının zövqünə uyğun şəkildə izah edir”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir