Türkiyə konstitusiyasına dəyişikliklər layihəsinin müzakirə vaxtı açıqlanıb

Müəllif: Redaktor

Editor

turkiyye-boyuk-millet-meclisiTürkiyə Konstitusiyasına dəyişiklik eilməsi ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılacağı tarix bəlli olub.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, dəyişikliklər barədə layihə yanvarın 9-da müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, qanun layihəsi parlamentə dəyişikliklərin təşəbbüskarı olan hakim Ədalət və İnkişaf Partiyası fraksiyası tərəfindən təqdim edilib.

Konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidi və baş nazir postunun ləğv edilməsini nəzərdə tutur.

Layihə, həmçinin, prezidentə partiya üzvlüyünü saxlanılmasını, qanunverici və icra səlahiyyətlərinin genişləndirilməsini, habelə Nazirlər Kabinetini formalaşdırmaq hüququnun verilməsini nəzərdə tutur.

Dəyişikliklər millət vəkillərinin sayını 550-dən 600-dək artırılmasını və namizədlərin minimal yaş həddinin 18 yaşadək endirilməsini nəzərdə tutur.

Layihə parlament tərəfindən qəbul edildiyi təqdirdə ümummilli səsverməyə çıxarılacaq. Dəyişikliklər paketinin dəstəklənəcəyi halda referendumun 2017-ci ilin yazında keçirilməsi mümkündür.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır