Türkiyə mediasının Eldar Mahmudov şifrələri – Qardaş ölkədə nə yazdılar?

Türkiyə mediasının Eldar Mahmudov şifrələri – Qardaş ölkədə nə yazdılar?

Müəllif: Redaktor

Baş Redaktor

236951Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovun dünən axşam saatlarında gözlənilmədən vəzifəsindən uzaqlaşdırılması Türkiyə mediasının diqqətindən yayınmayıb.

Ölkəmizlə bağlı xəbərlər yaymaqda bir qayda olaraq, xəsislik edən qardaş ölkə mətbuatı bu dəfə fərqli davranıb.

Qaynar.info-nun xəbərinə görə, Türkiyənin ən böyük, Avropanın isə 3-cü böyük xəbər portalı milliyet.com.tr Mahmudovun vəzifəsindən kənarlaşdırılmasını “Cumhurbaşkanı Aliyev, Milli istihbarat bakanını görevden aldı” başlığı ilə son dəqiqə xəbəri olaraq yayıb. Xəbərdə Eldar Mahmudovun 2004-cü ildən milli təhlükəsizlik naziri postu tuduğu xatırladılır və onun vəzifəsindən uzaqlaşdırılmasının səbəblərinin açıqlanmadığına diqqət çəkilir.

Türkiyənin nüfuzlu xəbər portallarından haberturk.com.tr (“Aliyev, istihbarat bakanını görevden aldı” başlığı ilə), aparıcı informasiya agentliklərindən DHA (“Doğan” Haber Ajansı) və ona istinadən qardaş ölkənin digər çox sayda KİV-i də Eldar Mahmudovun işdən azad edilməsini “son dəqiqə xəbəri” olaraq keçib.

Bu xəbərlərin də əksəriyyətində milli təhlükəsizlik nazirinin postundan kənarlaşdırılmasının səbəblərinin məlum olmadığı xüsusi vurğulanıb.

Ümumiyyətlə isə, Türkiyə mediasının öz ənənəsindən kənara çıxaraq, Azərbaycanda bir nazirin vəzifəsindən azad edilməsinə belə diqqət göstərməsi maraq doğurur…

 

Yenicag.az

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti