!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Milli Təhlükəsizlik Şurasında fövqəladə vəziyyət rejiminin uzadılıb-uzadılmaması barədə qərar veriləcək

!Reklam – Yazi

“Qarşıdan gələn bazar günü Milli Təhlükəsizlik Şurasının iclası var, fövqəladə vəziyyət rejimi ilə bağlı müzakirə ediləcək”.

Yenicag.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bu gün Ankara Ticarət Dərnəyində təşkil edilən “15 iyul” panelindəki çıxışında bildirib.

R.T. Ərdoğan deyib ki, fövqəladə vəziyyət rejiminin davam etməsinin tərəfdarıdır və bunu hökumətə çatdıracaq:

“Milli Təhlükəsizlik Şurasının iclasında fövqəladə vəziyyət rejiminin uzadılmasının dəstəklənəcəyinə inanıram”.

Yenicag.az

www.yenicag.az

871
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv