!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyə millisi qrupdan necə çıxa bilər? - Ehtimallar  

!Reklam – Yazi

Türkiyə millisi ötən gecə Xorvatiyanı 1:0 hesabı ilə məğlub etməklə DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq şansını saxlamış oldu.

Bəs, görəsən, “ay-ulduzlular” qrupdan necə çıxa bilər?

Yenicag.az bütün ehtimalları təqdim edir:

Məsələ burasındadır ki, 16 xalla birinci və ikinci pillədə qərarlaşan Xorvatiya ilə İslandiya asan sayıla biləcək matçları öz evində, çətin qarşılaşmaları isə səfərdə keçirəcək. 14 xalla 3-cü və 4-cü pillədə qərarlaşmış Türkiyə və Ukrayna isə çətin qarşılaşmaları evində, asanları isə səfərdə oynayacaq.

Türkiyə İslandiya və Finlandiyanı məğlub edərsə, qrupu 20 xalla tamamlayacaq. Mirça Luçeskunun komandası bunu bacaracağı halda İslandiyanı geridə buraxmış olacaq.

Xorvatiya və Ukraynanın növbəti turda asan matçları qazanacaqlarını qəbul edərsək, xorvatlar xallarının sayını 19-a, ukraynalılar isə 17-ə yüksəltmiş olacaq. Son turda isə məhz bu iki komanda üz-üzə gələcək.

Əgər Xorvatiya qalib gələrsə, qrupu lider tamamlayacaq. Türkiyə isə son iki matçda qalib gəlmək şərti ilə qrup ikincisi olacaq. Xorvatiya – Ukrayna matçı bərabərə bitərsə, “ay-ulduzlular” da son matçları qələbə ilə başa vurarsa, xorvatlarla türklər qrupda birinci və ikinci pillələri bölüşəcəklər. Bu zaman isə vurulan qollar hesablanacaq. Hazırda Xorvatiyanın qol “averajı” +5-dir.

Əgər Xorvatiya – Ukrayna matçını ikincilər qazanarsa, bu zaman türklərlə ukraynalılar eyni xalla qrup mərhələsini başa vuracaq. Təbii ki, qardaş ölkə təmsilçisi son matçlarda maksimum nəticə göstərməlidir.

Hazırda Luçeskunun komandası üçün ən uyğun variant Ukraynanın Xorvatiyanı məğlub edib, özlərinin də son iki matçda qələbə qazanmasıdır.

İ qrupunda son iki turun matçları:

Türkiyə – İslandiya
Finlandiya – Türkiyə
Xorvatiya – Finlandiya
Kosova – Ukrayna
İslandiya – Kosova
Ukrayna – Xorvatiya

 

www.yenicag.az

6417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv