www.sinerjipro.net

SinerjiProWide
Reklam

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin adi terrorçu qrupun işi olmadığı bildirilir.

Bu barədə Yeniçağ.Az-a açıqlama verən Erməni Araşdırma Mərkəzinin rəhbəri, hazırda Türkiyədə olan Qafar Çaxmaqlı Rusiya səfirinin qətlinin konkret dövlət səviyyəsində hazırlanaraq, həyata keçirildiyini bildirib:

“Məncə, bu hadisə Türkiyədə son vaxtlar baş verən terror olaylarının, Türkiyəni təhdidetmə planlarının davamıdır. Hesab edirəm ki, Rusiya səfirinin qətli də hər hansı terror təşkilatının deyil, bu iş üçün xüsusi hazırlıqlar görmüş bir dövlətin gerçəkləşdirdiyi plandır. Məqsəd də aydındır – Türkiyəni başqa ölkələrlə əlaqələr qurmaqdan çəkindirmək istəyirlər. Rusiya indiki halda Türkiyə üçün önəmli ölkədir və iki dövlət arasında münasibətlər yaxşılaşmağa doğru gedirdi. Türkiyənin Suriya və İraqdakı proseslərə aktiv müdaxiləsi də bu terroru şərtləndirən amillərdən biridir.
Məlum terror aktının arxasında kimlərin dayandığı bəllidir. Kayseri terrorunu da hər hansı azğın terror təşkilatı deyil, yaxşı kəşfiyyata malik bir dövlətin xüsusi xidmət orqanları törədib. Səfir Andrey Karlovu öldürənlər də bu məqsədi hədəfləyirlər ki, Türkiyə regionda söz sahibinə çevrilməsin və onlar da Yaxın Şərqdə istədiklərini etsinlər. İndi Türkiyə daha qərarlı addımlar atmalıdır: Misak-in milli sərhədlərini bərpa etməsindər tutmuş Mosul, Kərkük, Hələbi fəth etməyə qədər qərarlı addımlar… Bax o zaman bu terror hücumları dayanacaq”.

Araz Zeynalov
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."