Türkiyə Ordusunda 358 general var, bəs Azərbaycanda?

Müəllif: Redaktor

Editor

mmm474Türkiyənin hardasa 80 milyon əhalisi var, Azərbaycanın isə 10 milyon. Yəni qardaş ölkə əhalisinin sayına görə, bizdən 8 dəfə böyükdür.

Türkiyə ərazisinə görə də bizimlə müqayisə edilməyəcək qədər böyükdür. Onun ərazisi 783,562 km2, bizimki isə 86, 600 km2 (onun da 20%-i işğal altındadır). Fərq, təxminən 9/1 nisbətində.

Türkiyə ordusu da bizimlə müqayisəyə gəlməz:

Türkiyə: 626.004, Azərbaycan: 280 000 hərbi qulluqçu. Fərq, hardasa, 3/1 nisbətində.

Ordunun büdcəsi: Türkiyə – 18,2 milyard dollar, Azərbaycan – 4 milyard dollar. Fərq, təxminən, 4.5/1-ə nisbəti. (Bir müddət əvvəl iqtisadi böhran səbəbindən orduya ayrılan vəsaitin məhdudlaşdırıldığını nəzərə alsaq, bu fərq daha da artar)

Bəs, ordu generallarının sayında bu nisbət nə qədərdir?

Azərbaycan ordusunda nə qədər general olduğu barədə dəqiq məlumat verilmir. Bir neçə il bundan əvvəl hərbi ekspert Üzeyr Cəfərovun bildirdiyinə görə, ordumuzda 150 generalımız var.

Türkiyəyə gəlincə…

Strateq.az xəbər verir ki, Türkiyə ordusu Baş Qərargahının rəsmi saytında Türk Silahlı Qüvvələrində xidmət göstərən qulluqçu sayına dair ətraflı məlumat verilib. Məlumata görə, orduda 358 general və admiral mövcuddur. Deməli, fərq 2.3 / 1 nisbətində.

Belə çıxır ki, bizim ordumuz əhali və ərazi nisbətinə görə, Türkiyə ordusundan daha böyükdür. General sayı baxımından isə qardaş ölkəyə çatmağımıza bir şey qalmayıb. Amma bu qüdrətimizə baxmayaraq, torpağımızın 20%-i işğaldadır. İşğalçı isə əhalisinin sayı 3 milyon belə olmayan Ermənistandır.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir