Yazı İçi 468×60

130290_res_01Bir neçə gün öncə Ankarada baş vermiş terror aktını yenidən İstanbulda təkrarlamaq istəyən şəxslər saxlanılıb.

Avropa.info bildirir ki, qaçırılmış bir avtomobili Boğaziçi Universitetinin avtomobil parkında saxlayan biri qadın olmaqla iki PKK üzvü Diyarbəkirdə bombanı təhvil alarkən həbs olunub.

PKK-nın Lice rayonundan olan Sinəm Oğuz adlı kamikadzesinin İstanbulun Beşiktaş məhəlləsində bir evdə yaşadığı məlum olub. Mütəmadi olaraq qiyafəsini dəyişən və Funda Kaya adı ilə saxta şəxsiyyət vəsiqəsi gəzdirən təşkilat üzvü terror aktı üçün saxta qeydiyyat nişanlı bir avtomobil əldə edib.

Polisin gözündən uzaq olması üçün həmin avtomobili Boğaziçi Universitetinin avtomobil parkında saxlayaraq partlayıcı almaq üçün Diyarbəkirə yollanıb.

Burada ikinci canlı bomba Hişyar Aydın ilə görüşən Sinəm Oğuz onu İstanbuldan izləyən kəşfiyyat polisi tərəfindən həbs olunub.

İstanbul polisinin 25 nəfərlik bir heyətlə addım-addım izlədiyi terrorçular həbs olunarkən onların üzərində xeyli miqdarda bomba partlayışını həyata keçirmək üçün qurğular da aşkarlanıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."