!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Rusiya qarşısında güclənir – Səfərin şərhi

!Reklam – Yazi

119334_srcNatiq Miri: “Rusiya Türkiyə qarşıdurması fonunda Ankara Azərbaycanı da yanında görmək istəyir”

Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıda səfərdə oldu. Ənənəvi olaraq, Türkiyədə hər seçkidən sonra iqtidara gələn AKP təmsilçiləri ilk rəsmi səfərlərini məhz Şimali Kipr və Azərbaycana ediblər. Bu fonda Davudoğlunun həmin səfəri də istisna deyil. Amma eyni zamanda onun bu səfəri həmçinin Ankara ilə Moskva arasında təyyarə olayından sonra gərginləşən münasibətlər fonunda baş verib. Bu isə o anlama gəlir ki, Bakıda Davudoğlu Azərbaycanla bu məsələyə də toxunub.

Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri Davudoğlunun ölkəmizə olan bu səfərini Türkiyə Rusiya münasibətlərinin gərginləşməsi fonunda dəyərləndirməyə çalışdı: “Davudoğlu qardaş ölkə baş naziri olaraq və ənənəni davam etdirərək seçkilərdən sonra ilk səfərini məhz Azərbaycana etdi. Bu da müsbət addım kimi dəyərləndirilməlidir. Lakin bundan başqa görürük ki, rəsmi Ankara Türkiyə ilə Rusiya qarşıdurması fonunda artıq xarici ölkələrə səfərlərini intensivləşdiriblər. Bu səfərlər də iqtisadi, siyasi, hərbi yöndə baş tutan səfərlərdir. Ərdoğan ərəb ölkələri, Qətər və Türkmənistana səfər etdi. Davudoğlu da Brüsselə yollanaraq, Avropa Birliyilə ciddi danışıqlar apardı. Deməli, Türkiyə Rusiya qarşısında öz müttəfiqlərinin sayını artırır və gələcək geostrateji xəttini müəyyənləşdirir. Bu qarşıdurma fonunda təbii ki, Türkiyə Azərbaycanı da yanında görmək istəyir. Davudoğlunun səfərində bu məqamlar da yer almamış deyil. Bununla bağlı Azərbaycan prezidentinin də konkret mesajı oldu. O bildirdi ki, Türkiyə hardadırsa, Azərbaycan da onun yanındadır. Türkiyə nə qədər güclüdürsə, Azərbaycan da bir o qədər güclü olacaq. Bu artıq Bakının strateji seçimi idi. Ona görə də düşünürəm ki, Davudoğlunun Azərbaycana səfəri bu kontekstdə idi. Onu da nəzərə almaq lazımdır ki, Davudoğlu Azərbaycana yönəlik siyasətində ciddi dəyişikliklər etmək fikrindədir. Bu yeni hökumətin proqramında da qeyd olunub. Davudoğlu da açıq mənada bildirdi ki, artıq Bakı ilə iqtisadi əlaqələrin həcmini 5 milyard dollardan 15 milyard dollara qədər qaldırılmalıdır. O öz iş adamlarına tapşırdı ki, Azərbaycanın sənaye dövləti olması istiqamətində ciddi işləsinlər. Bu da gələcəkdə Azərbaycanın sənaye dövləti olması perspektivindən xəbər verir. Eyni zamanda, enerji istiqamətində də Azərbaycan Türkiyəyə ciddi dəstək olacaq. Bu da qardaş ölkələrin strateji yöndə əməkdaşlığından xəbər verir. Həmçinin, Dağlıq Qarabağ probleminin çözümündə də Ankara birmənalı olaraq Azərbaycanı ciddi mənada dəstəkləyəcəyini elan etdi. Bu da Azərbaycan işğal olunmuş rayonları azad etmək istiqamətində addım atarsa, Türkiyə ordusunun da birmənalı olaraq Bakının yanında olacağı anlamına gəlir. İndiyə kimi belə tezislər olmamışdı. O baxımdan bu səfəri strateji və gələcəyə yönəlik mesaj hesab edirəm”.

ELÇİN

www.yenicag.az

897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv