yenicag.az
yenicag.az

Türkiyə Rusiyanın barışıq şərtlərini qəbul etməyib

Türkiyə Rusiyanın barışıq şərtlərini qəbul etməyib

Müəllif: Redaktor

Editor

01734ad0c5836438078e5cf0124aa037Türkiyə Rusiyanın münasibətlərin normallaşmasına dair irəli sürdüyü şərtlərə münasibət bildirib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç açıqlama verib. T. Bilgiç Rusiyanın bir daha belə bir böhran yaşanmayacağına dair təminat verməsi tələbinə cavab olaraq deyib ki, bundan sonra dövlət sərhədi pozulmasa, problem yaranmayacaq: “Türkiyənin təzminat ödəməsi isə heç bir şəkildə mümkün deyil”.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov məlum təyyarə böhranından sonra iki ölkə arasında münasibətlərin normallaşması üçün Rusiyanın iki şərti olduğunu açıqlayıb. Bunlar Türkiyənin belə hadisənin təkrarlanmayacağına dair təminat verməsi və dəyən ziyana görə Rusiyaya təzminat ödəməsi şərtləridir.(APA)

Dünya, Manşet, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti