Türkiyə seçimlərinin qalibi bu dəfə kim olacaq?

Müəllif: Baş Redaktor

Baş Redaktor

AKP-CHP-MHP-HDPQabil Hüseynli: “Bu seçkilərdən sonra AKP təkbaşına hökumət qurmaq imkanı qazanacaq”

Noyabrin 1-də Türkiyədə də növbədənkənar parlament seçkiləri keçiriləcək. Qeyd edək ki, yayın əvvəllərində bu ölkədə keçirilən seçkilərdə heç bir partiya səslərin 50 faizindən çoxuna nail ola bilməmişdi. Uzun müddət koalisiya hökumətinin yaradılması istiqamətində aparılan danışıqlar da bir nəticə vermədi. Nəticədə növbədənkənar seçkilər təyin edildi.

Görəsən, noyabrın 1-dən sonra Türkiyə Böyük Millət Məclisinin və ona əsasən yaranacaq hökumətin mənzərəsi necə olacaq?

Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli bu qənaətdə olduğunu söylədi ki, Türkiyədə 1 noyabr seçkilərindən sonra əvvəlki vəziyyət olmayacaq: “Yəni seçkilərdə nəyin hesabına olursa-olsun, hətta qeyri-şəffaf olsa da belə HDP parlamentə buraxılmayacaq. Bir müddət əvvəl ona verilən səslərin çoxu hakim AKP-yə veriləcək. Nəticədə düşünürəm ki, bu seçkilərdən sonra AKP təkbaşına hökumət qurmaq imkanı qazanacaq.  İndiki zamanda Türkiyənin vəziyyəti çox ağırdır. Bu fonda yalnız təkpartiyalı hökumətin yaradılması hesabına vəziyyəti sabitləşdirmək olar. Əks təqdirdə vəziyyət daha da gərginləşə bilər. Düzdür, kürdlərin parlamentə buraxılmaması da ciddi eksentlər yaradacaq. Amma onsuz da kürdlər hazırda oxdan çıxmış yay kimidir.  Onları təkrar geriyə qaytarmaq lazımdır. Bu istiqamətdə ciddi hərbi əməliyyatlara ehtiyac duyulacaq. Bunun üçün də hakimiyyətin siyasi elitası möhkəm olmalıdır ”.

ELÇİN


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir