!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə səfirliyinin Azərbaycandakı fəaliyyətinin 25 illiyi qeyd olundu - FOTOLAR

!Reklam – Yazi

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin ölkəmizdəki fəaliyyətinin 25 illiyi ilə əlaqədar tədbir keçirildi.

Dövlət xadimlərinin, millət vəkillərinin və media təmsilçilərinin qatıldığı tədbir səfir Erkan Özaralınn giriş nitqi ilə başladı. Qonaqları salamlayan səfir Türkiyə Azərbaycan münasibətlərinin önəminə toxunaraq hələ 30 il əvvəl dəniz pərdəsinin arxasında bir qardaş ölkənin olmasından xəbərdar olduqlarını vurğuladı. “Qaf dağının arxasında azərbaycanlı qardaşlarımız var deyə xəyal edərdik”, deyən səfirin sözlərinə görə, həmin illərdə Türkiyədə hər kəsin evində Bakı radiosu dinlənilirdi: “80-lərin sonuna yaxın, Sovetlər birliyinin dağılması sürəcini Türkiyədə də diqqətlə izləyirdilər. Biz bilirdik ki, qardaşlarımıza qovuşacağıq”.

Səfir həmçinin dedi ki, Türkiyə üçün hər zaman ən böyük məqsəd Azərbaycanın müstəqilliyinin inkişafında rol oynamaqdır: “Biz iki qardaş ölkə olaraq qovuşduq və ayrılmağa əsla imkan verməyəcəyik. Biz ətlə dırnaq kimiyik. Bu qardaşlığımız sonsuza qədər davam edəcək”.

Daha sonra çıxış edən millət vəkili , Azərbaycan – Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov da qardaş ölkələr arasındakı dostluğun önəminə toxunub. Qərbi Azərbaycanda dünyaya gəldiyini xatırladan rektor illər öncə, uşaq yaşlarında “Ankaranınn səsi” radiosuna qulaq asmalarından danışdı: “Amma biz qorxumuzdan yorğanı başımıza çəkib, qulaq asırdıq. Biz bir millət, iki dövlətik. Əlaqələrimizin genişlənməsi yolunda ulu öndərin rolunu xüsusi vurğulamaq lazımdır”.

Səfir sonda tədbir iştirakçılarına bir daha təşəkkür edərək, çıxışını “inşallah, növbəti tədbirimizi Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş olaraq keçirərik”.

Tədbir ziyafətlə davam edib.

Yenicag.az

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv