yenicag.az
yenicag.az

Türkiyə Suriya ərazisinə qoşun yeritdi – PYD bombalandı

Türkiyə Suriya ərazisinə qoşun yeritdi – PYD bombalandı

Müəllif: Redaktor

Editor

sdefswTürkiyə silahlı qüvvələri Suriya ərazisində PKK terror qruplaşmasının yerli bölməsi PYD-nin mövqelərini bombalamağa başlayıb.

Türk KİV-ləri bildirir ki, bu dəqiqlərdə Türkiyə Silahlı Qüvvələrinə məxsus “Fırtına” özüyeriyən topları sərhədin yaxınlığında Suriya ərazisində yerləşən Azez qəsəbəsini atəşə tutub. Topların hədəfi qəsəbədəki PYD mövqeləridir.

Bu hücumun Suriyadakı döyüşün taleyini təyin edəcəiyi düçünülür. Hələb cəbhəsində terror təşkilatı PKK-ya bağlı PYD iki gün əvvəl strateji Miniğ bazsını ələ keçirmişdi. PYD daha sonrada Türkiyə sərhədində olan və müxaliflərin can damarı olaraq bilinən Azez qəsəbəsinə hücuma başlamışdı.

PYD-yə Rusiyanın döyüş təyyarələrinin havadan dəstək verib. Rusiyanın dəstəyini arxasına alan terror təşkilatı Azezə 500 metr məsafədə yerləşən Şat kəndinə qədər girib. Azezi mashirəyə alan PYD kəndlərə ağır silahlarla atəş açıb.

Əməliyyatdan bir neçə saat əvvəl Türkiyə baş naziri Əhməd Davudoğlu Suriya ərazisində mümkün hərbi əməliyyatdan bəhs etmişdi. O bildirmişdi ki, ölkəsi PYD-ni yerində oturtmağa hazırdır.(ans)

Dünya, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti