Yazı İçi 468×60

tsk-690x450Türkiyə tarixi torpaqları Kərkük, Mosul və Hələbə hərbi müdaxilə edə bilər : İstanbul anlaşması bunu şərtləndirir

Rusiyada səfərdə olan Türkiyə baş naziri Binəli Yıldırım deyib ki, Suriya münaqişəsinin həll olunması məsələsinə Ankara və Moskvanın yanaşmaları eynidir.

“Şübhəsiz ki, bu mərhələdə biz bir-birimizi, heç vaxt olmadığı kimi, daha yaxşı başa düşürük. Suriya böhranının həllinin hazırlanması məsələsinə ümumi yanaşmamız var” – B. Yıldırım belə deyib. Avropa.info xəbər verir ki, baş nazir deyib ki, Ankara Suriya müxalifəti və Rusiya arasında vasitəçi kimi çıxış etmək istəyir.

Rusiya isə öz növbəsində Suriya hakimiyyətinə təsir edə bilər. “Çox faydalı olardı ki, Rusiyanın rejimə münasibəti daha təsirli, effektli olsun. Lakin ümumi səylər davam edir. Atəşkəsi təmin etmək və orada əziyyət çəkən adamlara kömək əli uzatmaq lazımdır” – o, belə deyib.

Qeyd edək ki, Hələb, Kərkük, Mosul Türkiyə üçün önəmlidir. Xatırladaq ki, 1926-cı ildə imzalanmış İstanbul anlaşmasına əsasən, Türkiyə Osmanlı torpaqları olan Kərkük və Mosulu İraqın ərazi bütövlüyünün saxlanması şərti ilə tərk edib. Odur ki, İraqın və Suriyanın ərazi bütövlüyü pozulduğundan, ölkə torpaqları qanunsuz silahlı qrupların nəzarəti altına keçdiyindən Türkiyənin bölgə üzərində haqları gündəmə gəlib.

Qərb mətbuatının yazdıqlarına görə də, Türkiyənin Kərkük, Mosul və Hələb üzərində qanuni haqqının təmininə beynəlxalq hüquq da yol verir. Başqa sözlə, Türkiyə istəsə, Kərkük və Mosul üzərində İstanbul anlaşmasının verdiyi hüquqdan istifadə edərək, bölgəni öz nəzarəti altına ala bilər. Vurğulayaq ki, Türkiyə üçün Hələb, Mosul və Kərkük bir şərəf məsələsidir. Bunu yalnız Ankaranın maraqları tələb etmir.

Eyni zamanda, bölgədə yaşayan xalqların təhlükəsizliklərinin təmin olunması üçün Ankaranın bölgədə hərbi iştirakı vacibdir. Kərküklər, peşməlqələr Osmanlı daxilində sərbəst yaşaya biliblər. İndi isə həmin xalqlar soyqırımına məruz qalır. Bu gün bu ərazilərə məhz Türkiyənin nəzarət etməsini hər kəsdən əvvəl həmin xalqlar arzulayırlar.
Əslində, “Haşdi Şəbi”, İŞİD, PKK/PYD ilə bağlı baş verənlər elə Türkiyəyə qarşı ssenarinin oynadıldığının xəbərçisi də hesab edilə bilər.

Digər tərəfdən, dünya Rusiyanın qaz asılılığından qurtarmaq üçün yeni alternativ yollar axtarır. Bu məsələ ilə bağlı Türkiyə artıq nə zamandır ki, Mosuldakı zəngin neft yataqlarının işlədilməsinə çalışır. Bu layihəni reallaşdırsa, Ankara bölgəyə nəzarəti öz əlinə ala bilərdi.

Ehtimal olunur ki, Yıldırım və Medvedev arasındakı danışıqlar, eyni zamanda, Suriya ilə bağlı müəyyən razılaşmaların əldə olunması böyük dövlətləri narahat edir. Ankaranın enerji daşıyıcılarına çıxış əldə etməsi və Rusiya ilə yaxınlaşma cəhdləri cavabsız qala bilməz. Türkiyənin hazırda Yaxın Şərqdə fəallaşması tarixi türk torpaqlarına bir iddia kimi də dəyərləndirilə bilər. Bu reallaşarsa, Ankaranın enerji daşıyıcılarına sahib çıxmaq və yenidən bölgədə real güc sahibi olmasına şərait yarana bilər. Bu baxımdan, Türkiyənin Suriyaya qoşun yeritməsi olduqca vacibdir.
Digər tərəfdən, savaşa girmək olduqca risklidir. Lakin yaranmış şərait tarixi Osmanlı torpağı olan Hələb, Kərkük və Mosul üzərində Türkiyənin nəzarəti bərpa etməsini tələb edir. Bu məsələdə yubanmaq olmaz. Onsuz da bu məsələdə Ankara 10 ildən çox zaman itirib. Bu gün İraqda yaşayan kərküklər faktiki olaraq vətənlərindən sürgün edilib.

Ehtimal etmək olar ki, proseslərə İran da açıq şəkildə müdaxilə edəcək. Odur ki, Türkiyənin gecikməsi türklərin gələcəyinə vurulan zərbə kimi də dəyərləndirilə bilərdi və Ankara gecikmək niyyətində deyil. Türkiyə bölgəyə sülh gətirə bilər. Bunu isə Hələb, Kərkük və Mosula nəzarət əldə etməklə mümkündür. Bölgə türk ordusunun yolunu gözləyir…(Avropa.info)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."