!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya ilə Türkiyənin yaxınlaşması…” – Politoloq

!Reklam – Yazi

natotrampRusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Qazaxıstanın paytaxtı Astanada görüşəcəyini açıqlayıb.

Putinlə Ərdoğanın Astanada baş tutacaq növbəti görüşü ABŞ və Qərb əleyhinə rus-türk ittifaqının möhkəmlənməsi istiqamətində daha bir ciddi addım kimi qiymətləndirilir.

Ankara ilə Moskvanın bu qədər yaxınlaşması geosiyasi müstəvidə hansı dəyişikliklərə gətirib çıxara bilər?

Tərəflərin Astanada baş tutacaq görüşü ilə bağlı Yenicağ.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, Putinlə Ərdoğanın sıravi görüşünə bu cür münasibət bəsləmək yalnız və yalnız sadə yanaşmanın nəticəsidir:

Zərdüşt Əlizadə ile ilgili görsel sonucu“Rusiya ilə Türkiyənin yaxınlaşması iki tərəfin mövqeyinə xidmət edir. Tərəflərin yaxınlaşması ABŞ-a, NATO-ya, Avropaya və Qərb dünyasına qarşı çıxmaq deyil. Türkiyə ümumiyyətlə, NATO-ya qarşı çıxa bilməz. Çünki Türkiyə NATO üzvü olaraq xeyli qazanc əldə edib və hörmət qazanıb. Ola bilər ki, NATO çərçivəsində müəyyən məsələlər və fərqli yanaşmalar var, amma bütünlükdə Türkiyə heç vaxt NATO-nu tərk edib, Rusiyaya yaxınlaşmaz”.

Rusiyanın yaxınlaşmasında iqtisadi əməkdaşlıq, siyasi görüşlər və s. mənafelər var:

“Ancaq bu o demək deyil ki, Türkiyə ilə Rusiyanın bu qədər yaxınlaşması geosiyasi müstəvidə hansısa dəyişikliklərə gətirib çıxaracaq. Bu sadəcə, sıravi görüşdür. Bu görüşdə NATO-ya qarşı strateji əməkdaşlıqdan söhbət gedə bilməz və bunu şişirtməyə dəyməz”.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv